Sevgi incidir məni

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 919
Səs ver:
(səs: 0)
alt
 
Yox yox, sən deyilsən ağrıdan, şəxsən mənəm. Öz halım, bir başım olmağım və mən, yalnız mən..  
Sevməyim vaxtsız idi. Ağrımaq, elə indi tam zamanını tapdı..
Gülüşlərim yetim, solğun, kimsəsizdir.. Hər şeyim idin sən?
Halbuki özümə gələrdim mən, amma əvvəlki mən olsaydım əlbəttə ki.
Tək başıma edərdim naharımı, çıxardım çölə, gəzib gələrdim.
Tək yatardım gecələri, yataq dar belə gəlirdi. Həmişə tək idim.
Həmişə mən idim. Bəs indi? Tamamam, əksikəm, bilmirəm, haradan bilim...
Biletsiz yolçu idin içimdəki səfərdə, və mən sevməzdim əskiyi olanları, əskiyi bir bilet də olsa...
Elə o vaxtdan hər şey eşq kitabına yatırdı. Böyük bir kitabda...
Vaxtsız idi, bir anda idi, əskiyi-çoxu əhəmiyyətsiz idi, tək lazım olan sevgi idi..
Bir qadın və bir kişi.. Qadın məğrur idi, adam etibarlı?
Qadın qorxaq idi, kişi isə cəsur.
Və qadın qanadı, adam qadının gözyaşına ilişib qaldı, əbədi!
Əzab dilə gəldi, susdum, çatmadı, qan qusdum.
Halbuki qadın and içmişdi, bir daha sevməyəcəkdi.
Sırf eşq kitabı təsdiqlənsin deyə, yolçu biletsiz olsa belə, əskik bir sevdanı təkliklə əvəz etdim...
Və Sevgi incitdi!

Gecə bütün verdigim sözlərdən geri çevirəcək qədər dəli ürəyimə rədd edirəm sənsiz bir həyatı.
Səni məndən ayıran taleyimi günahlandırıram olanlara görə.
Gecənin gözü quru, damarlarımda dəli bir qızın qanı dolanır.
Hər cür fəlakətə uyğunam bu gecə, ən dərin quyulardayam bu gecə sənsiz.
Ən dəli xəyallar var ağlımda və qorxuram bu gecə ilk dəfə, bu gecə özümdən qorxuram.
Geri istəyirəm sevdiyimi səndən eşidirsənmi?
İstəyirsən buzlu yerlərdə yataram günlər gecələr boyu, amma geri ver sevdiyimi mənə.
Əriyər buzun qalmaz, ağlatma məni, geri ver sevdiyimi mənə.
Ürəyinin qapılarını arala, biz səninlə danışmamış bir-birimizi anlayaqdıq.
Gözünü yum və yalnız məni hiss et bu gecə.
Başqa əlləri tutmasın əllərin, baska gözlərə baxmasın bal rəngi gözlərin.
Ürəyində dinlə məni, yalniz məni dinlə, bu gecə sənin olan ürəyim parçalanır yoxluğunda eşidirsənmi?
Sevgi incidir məni.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 919
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri