Bəzi qadınlar gülüncə, dünya belə hansı tərəfə dönəcəyini çaşır...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 580
Səs ver:
(səs: 5)
Hələ də nömrəsini əzbər bildiyim ,

Fəqət qoxusunu çoxdan unutduğum ,
 
Qarşıma çıxsa söymək istədiyim ,
 
Amma yuxularıma girəcək qədər özlədiyim biri var ..

Küsülü qaldığın günlərdə heçnə deməzsən..bir mahnı göndərərsən ,o sənin yerinə hər şeyi deyər...sevirəm deyər, darıxmışam deyər, sənsiz canım yanır deyər.. məsələn gəlsən barışıb yenə əvvəlki kimi olsaq belə deyər..amma sən heçnə deməzsən..

Mən ona nə verə bilərəm axı ? dodaqlarım yalançı gülüşlərlə quruyub , gözlərim ağlamaqdan kor olub , əllərim bum-buz ürəyim isə qırılıb..mən ona axı nə verə bilərəm ?
 
Onu sevmək elə gözəl hissdir ki..Mən ilk baxışdan ona aşiq olduğumu hiss etdim..
 
-İlk baxışdan aşiq olduğunu necə başa düşdün?
 
-Bilirsən? Sanki onu ilk gördüyüm an biri balta ilə qabırğalarıma vurdu..Sanki biri başımdan qaynar su tökdü və bütün bədənim yandı..Sanki məni ildırım vurdu..
 
-Tanrı eşqinə, bütün bunların harası yaxşıdır?!

Bir qadın yoxluğuna öyrəşdiyi adamı bir daha geri istəməz...

Mənim üçün ilk addımı atmaq , bağışlanmaq üçün üzr istəmək hər zaman çətin olub amma əgər mən bunu edirəmsə bu o deməkdir ki , siz mənim ürəyimdə yaşayırsız və mənim üçün dəyərlisiz ..
 

Əgər siz ilk atış zamanı hədəfdən yan keçdinizsə harda necə səhv etdiyinizi düşünmək yerinə ikinci dəfə nişan alın..onsuz da hədəfə düşdüyünüz zaman nəyi harda səhv etdiyinizi anlayacaqsız ..

Yeməyə heçnə tapmasan - uzan yat.. kefsiz və fikirli olsan uzan yat..səhər oyananda hamısı keçəcək..əgər keçməsə yenə uzan yat .

Bəzi qadınlar gülüncə,
 
-dünya belə hansı tərəfə dönəcəyinə çaşır..
Əgər sənə toxuna bilmirəmsə,
 
- mənə bu dünyanın nemətlərindən danışma..

Küçədə gözəl bir qadın gördüyünüzdə, ona öldürəcəkmiş kimi nifrətlə və aşırı dərəcə də şəfqət hissiylə baxmayın..
 
-göz gözə gələrsəniz əgər mehribanca gülümsəyin və gözlərinizi çəkib gedin.

Qiymətli bir hədiyyə kimiydi o..İtirsəm pis olardım, hədiyyə kimiydi eynisini tapa bilməzdim, tapsam yeri dolmazdı..
 
Və təkrar təkrar dinlədiyim musiqilər kimiydi..
 
..vazkeçilməz..

Bəlkə uzaq bir gündə büsbütün başqa insanlar olaraq təkrar qarşılaşarıq..
 
-və bəlkə gülümsəyərək bir birimizə əllərimizi uzadarıq..
 
Telefona uşağca bir həyəcanla qeyd etdiyiniz o nömrəni, yetişkin göz yaşlarıyla silməkdir xəyal qırıqlığı..
 
Tanrının harda olduğunu soruşmaq axmaqlıqdır, çünki Tanrını itirməmisən, sənin içindədir..
 
-Sənin ən içdəki varlığın, sənin tam özündür
 
Əslin də insanı üzən şey xəyal qırıqlıqları deyil,
 
-yaşanması mümkünkən, yaşaya bilmədiyimiz xoşbəxtlikdir..
 
Sizsiz həyatında heçnə olmamış kimi davam edən biri üçün yuxusuz qalmağa dəyməz..
 
Hər qadın ; yaraşıqlı, anlayışlı, zarafatcıl, savadlı və dürüst bir bəylə münasibətdə olmağı istəyər.
 
-amma malesef ki qaydalar tək bir bəylə evlənməyə icazə verir..
 
Onsuz olduğun zamanlar da burnuna gələn hər qoxunu onun qoxusuna bənzətmək deyə bir şey var..
 
-oysa ki, mən hamısıyla sevişdim

Eyni kəlimələrlə fərqli insanları sevməkdən heç bezmədinizmi..?
 
-azda olsa içdən vicdan hissi sıxırmı qürurunuzu.

Həyat bəzən ;
Yoxluğuna alışdığın və sevməkdən imtina etdiyin birinin
 
-yenidən sənə dönməsi qədər çox məntiqsizdir..
 
Kimə yaxşı biridir deyirəmsə,
 
-ən qısa müddət də dünyanın ən adi insanına çevrilir..
 
Soğan belə ağlatmadan özünü soyulmağa qarşı çıxarkən,
 
-bu dövrdə bəzi qızlar niyə bu qədər bəsit..anlamıram..
 
Mənə ən çox təsir edən nədir bilirsizmi..?
 
Sevilməyə həqiqətən də layiq olan, yəni saf duyğuları olan insanlar varkən, biz harda xaraktersiz və şərəfsiz "insan" varsa onları sevdik..
 
Bir insanı itirmək istəyirsinizsə çox sevin..
 
-özü özlüyündən tərk edib gedəcək

Kiprik uclarına qədər heyran olduğum,
 
-yuxulu gözlərimdən öpürəm..
 
Əslində yalnız insanlar gecələri sevir.. yalnızlığım hər gün qırışan, dalaşan sevgililərin sevgisinnən daha gözəldi..

Bu dünyada doğulmusansa yaşamağa məcbursan intihar falan qorxaqlıqdı. Intihar yox bu dünyada yaşamağ cəsarət istər..
 
Bu nə mənim qüsurum nə də insanların...
 
Səssizliyin ən səssizinə aidəm,mənim üçün doğrusu bu ...
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 2 580
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri