''Sevdiyinə qıymamaq''

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 224
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/1323201983-367.jpg

 

Gözəl əxlaqlı, vicdanlı, ağıllı, şəxsiyyətli bir insanı təbii ki, hamı çox sevir. Hər kəs bu insana qarşı duyduğu sevginin gücünü çox vaxt özündən bilir. Halbuki bu hal daha çox "qarşısındakı insanın seviləcək xüsusiyyətlərinin çox güclü olmasından" qaynaqlanır. Əgər sevginin gücü sevən adamın sevgi dərinliyindən qaynaqlanırsa, mütləq bunu isbat edən əsasları da olmalıdır. Əhəmiyyətli əsaslardan biri də adamın "sevdiyinə qıymamasıdır". Əgər bu istiqamətdə incə düşünməyi və həssaslığı yoxdursa, onda o insanın sevgisinin gücü də, səmimiyyəti də şübhə yaradır. Bir insan əgər sevdiyi adamı (Allah rizası üçün) öz nəfsindən öndə tutursa, onu hər cür təhlükədən qoruyursa, ona zərər verə bilən hər şeydən çəkinirsə, ona zərər verməkdənsə özünün zərər görməyini təqdir edirsə, onun sağlamlığını, rahatlığını, dincliyini özününkündən daha vacib bilirsə, onu incidəcək, narahat edəcək bir sözü də söyləməkdən çəkinirsə, öz nəfsinin istəklərindənsə onun istəklərini üstün tutursa, öz fikirləri ilə onunkular zidd olduğu zaman onun lehinə rəftar edə bilirsə, haqlı olduğu halda, onu haqlı, özünü haqsız çıxara bilirsə, eqoizmi və qüruru ilə qarşı-qarşıya qaldığında qarşısındakı adamı ucaldıb öz nəfsini və qürurunu əzə bilirsə, anlaya bilmədiyi bir şey olduğunda da yenə ona gözəl düşüncə (hüsnü-zənnlə) ilə baxırsa, şübhə duyduğunda ona olan sevgisindən ötrü bu şübhələri məğlub edə bilirsə, nə ilə qarşılaşarsa-qarşılaşsın ondan incimirsə, qəribə görünən hadisələr olsa da, onun əxlaqından əmin ola bilirsə, o adamın ədalətindən, sevgisindən, şəfqətindən, vicdanından, gözəl əxlaqından, etibarlılığından heç şübhə etmirsə, ona qarşı olan sevgisində, hörmətində (hansı gün olursa-olsun dəyişmədən) sabitlik göstərə bilirsə, bu halda o adamın həqiqi sevgiyə malik olduğundan əmin ola bilərik.

İnsanın yalnız "mən çox sevirəm" deyib, sonra da bu sevginin tələb etdiyi dərin əxlaqı göstərə bilməməsi o adamın sevgisindəki həqiqət payını da azaldır. Çünki həqiqi sevginin ən əhəmiyyətli xüsusiyyətlərindən biri insanın "sevdiyinə qıymamasıdır". Təsvir edilən məzmunda bir sevgi də ancaq iman ilə yaşana bilər. İman etməyən bir insan sevgidə bu qədər fədakar ola bilməz. Bu ancaq Allah sevgisindən qaynaqlanan bir sevgidə, yəni insanın qarşısındakını "Allahın bir təzahürü olaraq sevməsi ilə" mümkün ola bilər. "Allahın təzahürü olaraq sevmək" "bir insanın qarşısındakı insanda Allahın üstün əxlaqının gözəl nümunələrini və təzahürlərini gördüyü üçün onu seçməsi və sevməsi" deməkdir. Bir insanda bu gözəl əxlaq xüsusiyyətləri nə qədər çoxdursa, o insan o qədər çox sevilər. Əgər bir insan qarşısındakı insanı Allah rizası üçün və Allahın təzahürü olaraq deyil, nəfsinə uyğun olduğu üçün seçirsə, bu münasibətin adı onsuz da həqiqi mənada "sevgi" deyil. Təbii olaraq, sevgidən yaranacaq şərtlərin meydana gəlməsi də mümkün deyil. Belə bir sevgi anlayışında nə fədakarlıq, nə xeyirxahlıq, nə anlayışla davranmaq, nə bağışlayıcılıq, nə də etibardan bəhs edilə bilməz. Allahdan qorxmayan bir insana güvənmək mümkün deyil. Bu insanın nə düşündüyündən, hansı qərarları verdiyindən, nə hiss etdiyindən və səmimiliyindən heç zaman əmin olmaq olmaz. Buna görə də, bu həqiqəti bilən hər iki tərəf də heç zaman bir-birilərinə qarşı belə gözəl sevgi bəsləyə bilməz və bu sevginin tələb etdiyi əxlaqı göstərə bilməz.

Əsl sevgi Allahın yalnız həqiqi Müsəlmanlara lütf etdiyi bir nemətidir. Ruhunda bu sevgini bilən, bu anlayışı yaxşı qavrayan insanların bu böyük neməti ən gözəl şəkildə yaşaya bilmələri üçün də "sevdiyinə qıymamaq" əxlaqında olmaları çox əhəmiyyətlidir. Bu dünyagörüşü, sevgini həmişə bəsləyəcək, gücləndirəcək və dərinləşdirəcək çox əhəmiyyətli bir vəsilədir.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 224
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri