Bəzi mütəxəssislər sevginin müəyyən müddət davam edib sona çatan
hiss olduğunu iddia edirlər. Amma sosioloqların sözlərinə görə, sevgi nə
üç il, nə də beş il sonra sona çatan hiss deyil. İnsanın qarşısındakı
şəxsi uzun illər ilk günkü kimi sevməyi mümkündür.
• Hisslərinizi ifadə edin. Adətən bir müddətdən sonra insanlar
bir-birinə sevgi etirafı etməyi unudurlar. Vaxt keçdikcə unudulan bu
etirafları geri qaytarın. Məsələn, hər gün azı bir dəfə sevgilinizə
"səni sevirəm” deməyi unutmayın.
• Bir yerdə vaxt keçirin. Əlaqələr müəyyən bir mərhələyə gəldikdən sonra
tərəflər artıq əvvəlki qədər bir-birinə vaxt ayırmır. Kişilər vaxtını
daha çox dostları ilə gəzməyə , futbola baxmağa, qadınlarsa
rəfiqələrinə, yaxud da uşaqlarına sərf edir. Unutmayın ki, bir-birinizə
vaxt ayırmaq münasibətinizə rəng qatacaq. Heç bir şeyə imkan tapa
bilmirsinizsə, həftədə bir ya da iki dəfə baş-başa film izləyin.
• İtirməkdən qorxun. Çox vaxt cütlüklər münasibətləri ciddiləşdikdən
sonra bir qədər rahatlayır və hər şeyə çox sadə yanaşırlar. Unutmayın
bəzən itirmək qorxusunu itirmək əlaqənin bitməsinə səbəb ola bilər.
• Toxunmağın təsiri. Partnyorunuzla bir-birinizə yalnız yataqda
toxunursuzsa, bu münasibətinizi hər zaman canlı saxlamağa əsas vermir.
Amma yaranan hər fürsətdə bir-birinizi qucaqlamaq və kiçik öpüşlər
sevginizə yenidən can verə bilər.
Son olaraq unutmayın ki, qarşısındakı üçün dəyərli olduğunu hiss etmək
insanın yaşama istəyini, həyata baxışını dəyişir. Buna görə daim
qarşınızdakı şəxsə onun sizin üçün nə qədər dəyərli olduğunu hiss
etdirin.