Həyat çıx bu məsum libasından!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 765
Səs ver:
(səs: 7)
Həyat..!
Lənət sənin  qeyrətinə, şərəfinə..demək istəmirəm!
Hardadı sənin vəfan..? Hardadı sənin sədaqətin? Mən səndə nə vicdan gördüm, nə insanlıq...!

"Sevən qız" gördüm, pulu sevdiyindən üstün tutan..!
"Sevən oğlan" gördüm, sevərkən mərd, ayrılarkən namərd olan, ayrıldıqdan sonra dostlarına "Nömrəsini verim, sən də danış" deyən...!
"Nişanlı qız" gördüm, nişanlısının üzünə 'Səninəm, sevirəm' deyib, arxasından hələ də keçmiş sevdiyi ilə danışan..!

"Oğul" gördüm, bir qarış torpaq üçün atasını təpiyi ilə evindən atan..!
"Ata" gördüm imkansızlıqdan övladını satan..!

"Evli kişi" gördüm, yoldaşına güvənməyən, onu hər kəsə qısqanıb, ama gəzib dolandığı f*****sinə 'Sənə inanıram, mənə sadiqsən' deyən...!
"Evli qadın" gördüm hər şeydən xəbərsiz olan yoldaşını yatızdırıb, sevdiyinə 'Səninçün darıxıram' yazan..!

Həyat, DANIŞ, DİLƏ GƏL..!..! Nə susmusan.?!

Qadın-kişi, oğlan-qız fərq etmədən hər kəsi almısan caynağına, oynadırsan iyrənc bir filmində.. Nə zaman bitəcək "Həyat sən nə şirinsən" adlı bu filmin?? Rolunu yaxşı oynayanlar nə ilə mükafatlanacaq filmin sonunda..?!!
Bəs rolunu oynamağı bacarmayıb, yorulub filmi tez tərk edənlərin cavabı nə olacaq..??

HƏYAT..! Səninləyəm..! SUSMA..!
Çıx bu məsum libasından..! Görmüşəm insanların hər üzünü,  də oynatmısan rollarında, Ən gözəl rolunu, 'ürəklər ağlayarkən üzünün gülməsi ilə' etdin... ama mən oynadığım oyunun mükafatını alıb, filmi tərk etmək istəyirəm artıq..

ÇÜNKİ YORULDUM, bunlara tamaşa etməkdən Nədir mükafatım??? Dəyərləndir, GEDİM ARTIQ...!
(səs: 7)
Şərhlər: 9
Baxılıb: 2 765
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri