Mənim günahımdırmı sevmək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 340
Səs ver:
(səs: 0)

Mənim günahımdırmı sevmək?
Ağladım bütün gecəni yatmadım. Sənli günlərimi gözlərimdə canlandırdım. Damla-damla tökülürdü yaşlar gözlərimdən, hər biri səni geri istəyirdi... Bəs niyə qaytara bilmirdi? Bax çatmırsan, yenə sən əskiksən yenə sən yoxsan!!!
Darıxmışam... Əlimdə telefon qalmışam, dəfələrcə yığmaq istədim amma cəhd etmədim. Guya yığsam nə dəyişəcəkdi? Ölən həvəsinmi diriləcəkdi?
Bilirəm, kaşkilərlə yaşamaq olmur. Amma kaşki deməsəydin. Bir bilsən necə yandırdın canımı, bir bilsən necə söndürdün ruhumu...


Sözün cingildəyir qulaqlarımda, amma sus... Danışdıqca canımı yandırırsan, danışdıqca əzab verirsən. Sus...
Bilirsən? Artıq məndə inanmıram sevgiyə. Bu qədərmi çətindi könlümü almaq? Bəs itirmək necə asandırmı? Gözünün önündə səndən hər gün biraz daha uzaqlaşmağımdan xoşbəxtsənmi?
Hələdə ürəyimin ən dərinində, silə bilmirəm!!! Mənim günahımdırmı sevmək?!
Qəlbim qırıq, gözlərim yaşlı olmayacaq bir sevginin içində məhv oluram... Yazmağa söz belə tapmıram.
Bilmirsən nə haldayam, saxta gülüşlər, ümidsiz gözlər, birdə acı xatirələr. Gözlərimi yuma belə bilmirəm!
Sən deyib-gülərkən, mən sadəcə səni düşünürəm. Sən xoşbəxt olarkən, mən acı xatirələrimlə daha dərin yaralara yol açıram! Kim üçün?! Sənin üçünmü?!
Özün yaratdın sevgimi, özündə məhv edirsən. Gündən-günə cismimlə bərabər ölür sənə duyğularım.
Necəki öldü həvəsin, mənim də öldü cismim... Ölməyən tək şey var oda sevgimdi. Sən acı versəndə, sən olmasan belə o sadəcə böyüyür. O böyüdükcə,məni öldürür....

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 340
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri