Əlini mənə bəsdərəcik?!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 154
Səs ver:
(səs: 4)
Gözlərinə baxmaq istəyirəm dayanmadan.Gözlərində özümü, özümdə özünü görmək istəyirəm. Dünyanı kiçik bəbəklərimizə sığdıracaq qədər böyüdək baxışlarımızı. Nə deyirsən? Əlini mənə bəsdərəcik?!

Ruhumu ruhuna qatmaq istəyirəm. Mənliyimi var etmədən sənliyimi, sənliyimi var edincə mənliyimi bütünləşdirmək istəyirəm. Sevdiyim rəqəmdən yeddisini çıxıb təki saxlamaq istəyirəm. İkimizdə birimizi var etmək. Nə deyirsən? Əlini mənə bəsdərəcik?!

Küsgünlüyümüzüi, göz yaşlarını, kiçik yalanı, içində sən olmayan keçmişimi geridə qoymaq, unutmaq, sənli gələcək qurmaq istəyirəm. Nə deyirsən? Əlini mənə bəsdərəcik?!

Uzun yola çıxacağıq. Sağ tərəfdə ümidimiz, sol tərəfdə xəyallarımız, qəlbimizdə sevgimiz, önümüzdə inamımız olacaq. Nə deyirsən? Əlini mənə bəsdərəcik?!

Nə desəm "hə” desən mənə, nə istəsəm razılaşsan. Sən mənə dağ, mən sənə dayaq olsam. Bir olsaq. Nə deyirsən? Əlini mənə bəsdərəcik?!

Gözlərimə baxıram, gözüm dolu. İçərisində sən varsan. Qəlbimə baxıram, qəlbim dolu. İçərisində sevgin var. Ruhuma baxıram, ruhum dolu. İçərisində nəfəsin var. Əlimə baxıram əlim boş. Əlimi əlinə uzatmışam. Nə deyirsən? Əlini mənə bəsdərəcik?!
 
Qaranlıq otağa qapanınca yoldaşın yalnızlıq,dostun kədər olar.Bir gün mən pərdənin arxasında böyük bir günəşin parladığını kəşf etdim və biz Evləndik!

Həyatın yollarından şikayətlənər bəzən insanlar.Daşlı-qayalə,uçurumlu,əngəlli olur deyirlər.Mən onunla sonsuzluğa uzanan bir yol seçdim və biz Evləndik

Gözümün Dünyaya baxacaq qədər cəsarətli olduğunu bilirəm.Tək onun gözünə məhkum olduğumu duyunca mən xoşbəxtliyin gözünə baxmağı seçdim və biz  Evləndik

Ruhumu saflığı ilə qorumağa çalışdım.Nə mənəviyyatımdan üstün olanı tapdım,nə qürurumdan aşağı.Mən qəlbimi sevgimə "satdım” və biz Evləndik

İlk oxuduğum sevgi hekayəsinə lağ eləmişdim.Nə mahnının əhəmiyyəti vardı,nə sözlərin.Mən sevgimin notlarla bəstələdim.Nəqarətsiz və nəhayətsiz.Mən öz sevgi hekayəmi yazmağa qərar verdim və biz Evləndik

Rəngarəng geyimlər içindən ilk dəfə bəyaz olanı seçdim.Rumuma ruh qatan,cismimə can verən libası.Hekayəmin Pərisi olmağı özüm seçdim və biz Evləndik

İnsanlar ikinci dəfə doğularlarmı yenidən? O mənə yenidən doğulmaq şansı verdi.İlk addımdan ilk gülüşə qədər.Saflığı ilə və biz Evləndik

Ailə kiçik dövlətdir deyirlər.Bizim dövlətimiz sərhədsizdir.O kiçik vətəin içində sevgi,saflıq,təbəssüm,xoşbəxtlik yaradacaqdıq və biz Evləndik
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 3 154
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri