Onun Gündəliyindən...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 149
Səs ver:
(səs: 0)
alt


Getdiyin gün
Bütün ayrılıqların hesabı məndən soruşuldu
Bütün ağrılı mahnıların
Bütün qəmli sevdaların
Getdiyin gün
Hər çiçəyə bir gözyaşı
Hər kəpənəyə bir ağı
Mənə də yüzlərlə şeir düşdü
Yazmağa məhkum
Gözlərin üçün...

Mən ki
Dönüşünə həsrət yaşadım bütün ayları
Və gülüşünə həsrət bütün baharları
Gəl gör ki
Bir dağa çarpar kimi çarpdı ürəyim yoxluğuna
Bir mən bilirəm
Qürurumu hansı daşlara vurduğumu
Başımı hansı divarlara
Və hansı uçurumlara körpülər qurduğumu
Bir sənə qovuşmaq üçün


Sən gedəndən
Bütün yollarımın yolları kəsik
Bütün budaqlarımın budaqları qırıq
Neçə gecəyə gözətçi
Neçə səhərə növbətçi
Neçə yuxusuz qatara biletçi oldum
Gəlmədin
Halbuki həmişə qazanclar içində saxladım ümidlərimi
Yağışlar içində qurutdum göz yaşlarımı
Bir sənə sarılmaq üçün

Bir ucu ürəyimdə qaldı bu sevdanın
Bir ucu əllərində
Bir addımı səndə qaldı sonumun
Bir addımı səbrimdə
Çünki
Buludlara çəkilmiş
Ulduzlara yazılmış
Və ürəyimə qazılmış bir quru sevda idi bu
Günlərlə
Qışlardan günəş
Və bütün ölümləri təxirə saldım
Bir sənə toxunmaq üçün

Halbuki getdiyin gün
Yuxularımı oğurladım gözlərimdən
Dizlərimdə yatırtdım
Ağrılarımı qopardım ürəyimdən
İzlərində ovutdum
Və sözümü də tutdum
Yanaraq için-için
Bax indi bu gün
Unutmağı da unutdum
Bir tək səni
Unutmamaq üçün....
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 149
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri