Yenəmi dönürəm hüznlü saatlara?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 533
Səs ver:
(səs: 0)


Baxışlarım dondu sanki ürəyim donunca... Necə də mənasız baxıram ətrafa...
Görməsin istəyirəm heç kim gözlərimi, görməsin heç kim hüzün dənələrimi...
Susuram artıq dərin-dərin... Necə də danışmaq istəyirəm halbuki... Saatlarla susmadan danışmaq istəyirəm... Bütün yığdıqlarımı ən başından başlayıb sonuna qədər izah etmək istəyirəm... İzah etmək çatmaz bilirəm anlaşılmaq da istəyirəm...

Bir əl istəyirəm başımda...

Saçlarıma toxunsun istəyirəm, bütün bədənimdən söküb atsın təkliyimi tilsimiylə...Bir əl istəyirəm... Toxunsun saçlarıma yumşaq-yumşaq və götürsün bütün donuqluqları yavaşca...

Bir göz istəyirəm gözlərimdə...

Mənasız baxan gözlərimin içini görsün, hələ arxalarda qalmış bütün ümidlərimi köhnə sandığın içindən açsın, işığı ilə ümid olsun yollarıma, yolum olsun istəyirəm...

Bir çiyin istəyirəm...
Başımı qoyub uzun-uzun ağlaya biləcəyəm... İllərdir yığdığım hüzün dənələrini tək-tək tökə biləcəyim bir çiyin...
Ona söykənincə hər şeyi unutmaq istəyirəm..İçimi hüzur örtsün heç danışmadan saatlarla orada qalmaq, heç danışmadan başa düşülmək istəyirəm...

Bilirəm nə də çox şey istəyirəm...

Bunların yalnız bir xəyal olduğunu da bilirəm...
Səni məndə var edişimi, əslində yalnız məndə olduğunu, əslində yalnız bir xəyal olduğunu çox yaxşı bilirəm... Amma yenə də sənə çox darıxıram, yenə də çox üşüyürəm və yenə də səni istəyirəm...

Mən hüzünlərimə geri dönürəm...

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 533
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri