Sevgilinizlə Dost Qala Bilərsinizmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 330
Səs ver:
(səs: 0)
alt

Bu, illərdir ayrılan cütlüklərin son danışıqlarında keçən bir cümlədir. Lakin, bunu bacara bilən insanların sayı çox azdır.
Bir neçə dəqiqə içində köhnə sevgiliniz həyatınızdan çıxıb gedərkən mütləq "Dost ola bilərikmi?" sualını soruşmuş, siz də yüksək ehtimalla bu suala "Səbəb?" demisiniz. Lakin bu dialoqun nəticəsində "həqiqətən" dost qala bilən köhnə sevgililərin sayının nə qədər az olduğunu və dostluq təklifini edən adamın əlaqəni bitirən və bu vicdan əzabından xilas olmaq üçün yollar axtaran tərəf olduğunu xatırlatmaq lazımdır!

GEDƏNLƏRİN SUALI

Sevgilisini tərk edənlərin ən az 60%-i ona "Dost qala bilərikmi?" sualını yönəltmiş və "bəli" cavabını almışdır. Ona "bəli" deyilməsinin səbəbi əslində o insanın həyatında olub bitəni öyrənmə arzusudur. Məktəbdən tanışımız və birlikdə eyni dərslərə girdiyimiz, körpəliyini bildiyimiz və ya birlikdə iş həyatının çətinlikləriylə mübarizə etdiyimiz insanlarla əsl dostluq qura bilərik, ürəyimizi qıranlarla deyil. "Dost qalaq" gedənə aid bir sözdür. Qalansa bu sözə cavab vermək vəziyyətində qalar.

ÇATLAR MEYDANA GƏLƏR

İki köhnə sevgilinin yoldaş ola bilmək ehtimalı haradasa qeyri-mümkündür. Çünki içində sevgi bəslədiyiniz bir əlaqənin bitmək səbəbləri bundan sonra "dost kimi" quracağınız əlaqənin təməlində bəzi çatlar yaradacaq və siz dostluğun başında bəzi problemlərlə məşğul olmaq vəziyyətində qalacaqsınız. Bu mövzuya fərqli bir pəncərədən baxmaq lazım olsa, köhnə bir əlaqənin xatirələrindən xilas olub yeni bir əlaqəyə sağlam bir şəkildə başlamağın ən yaxşı yolu, o adamı keçmişdə buraxmaqdır.

P.S.Bəs Siz Necə, Sevgilinizlə Dost Qala Bilərsinizmi?
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 330
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri