Yenə həmişəki məkan, yenə həmişəki zaman, yenə həmişəki insanlar... Biri aldadan, biri aldanan...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 612
Səs ver:
(səs: 0)

alt

 

Yenə həmişəki məkan, yenə həmişəki zaman, yenə həmişəki insanlar... Biri aldadan, biri aldanan...

Biri tələsir görüş ünvanına sevdiyini görsün deyə...

Biri tələsir görüş ünvanına evdə ürəyi tək darıxdığından,zəng vurub gəl görüşək dediyi insanı görmək üçün...Axı bu gün ürəyi çox darıxırdı...

Biri görüş ünvanına tələsir ətrafındakıları görməyərək,heç nə düşünməyərək,yalnızca "O"nu düşünərək bütün dünyadan təcrid olunmuş halda...

Biri görüş ünvanına tələsir.Ətrafındakıları süzə-süzə,kinayəli gülümsəmələrlə...

Biri görüş ünvanına gəlib çatdı...Ürək döyüntüsü bütün vücuduna yayılaraq....Sevdiyini uzaqdan görüb sevincdən uçaraq...

Biri görüş ünvanına gəlib çatdı "Axır ki.Yol gəlməyə nifrət edirəm" deyərək....

Biri addımlarını sürətləndirərək sevdiyinin yanına tələsir...

Biri isə solğun bənizindəki donuq ifadə ilə atdığı hər addıma heyfslənərək addim-addim yaxınlaşır...

Biri "Salam" sözünü deyərkən həyəcandan bahar çiçəyi kimi titrəyir...Gözləri işım-işım işıldayır

Biri sadəcə "Əleyküm" deməklə kifayətlənərək...."Gedək oturaq skamyada,ayaqlarım qırıldı" deməklə xəyalları alt üst edib,hissləri puç edir...

Biri sevdiyinin həyatındakı hər saniyə ilə maraqlanmaq,hər nəfəs alıb-verişini öyrənmək,ona sual vermək istəyir amma...

Biri isə qarşısındakının üzünə də baxmadan "Yoldan ötən maşınların qiymətini müzakirə edir"...

Biri "Darixmadınmı heç?Amma mən.."...4 kəlmə amma kiprikləri əsərək,heç kimdən yox özündən küskün pıçıldayır...

Biri isə ətrafdakıları süzməkdən yenicə ayılıb yenə də,hər dəfə danışdığı saxta nağılları danışmağa başlayır...Artıq əzbər bilir bu nağılları....

Biri dodaqların bir neçə hərfi birləşdirib dediyi,içində "hiss" olmayan sözləri eşitməkdən bezib də sadəcə susur....

Biri isə dediyi sözlər ilə fəxr edir...Axı o bunları tapıb əzbərləmək üçün çox əziyyət çəkib...

Biri heç kimə yox..Nə taleyinə,nə həyatına,nə "O"na küsmür..Sadəcə özünə küsür..

Biri isə "Gün necə də darıxdırıcıdır" deyərək həyatı lənətləyir...

Biri bağışlamağa hər zan hazır olarkən,

Biri özünü bağışlandırmaq belə istəmir....

Biri sadəcə susaraq ayağa qalxır..Addımlayır...Və bir neçə addım sonra..."Əlvida.Gözlərin susur artıq..Bilmirəm içindəki ölmüş hisslərdənmi ya "Dilinin danışdığı nağıllardan gözlərinin utanaraq,çəkdiyi vicdan əzabındanmı?!"...


Biri isə donmuş vəziyyətdə izləyir ...İçində bağırır "Yox-yox o hara gedir?Gedə bilməz axı o məni çox sevir.Nə etsəm də getməz"


O getdi....O gəlməyəcək...O təkcə "o" nun yox,elə öz həyatından da getdi..Getdi yalnızlığın ağuşuna.Heç kəsə yox öz qəlbinə,öz hisslərinə nifrət edərək..


O biri də getdi...Vicdandan əsər əlamət olmayan baxışlarla getdi..O getdi..Amma yalqızlığa yox..O getdi yeni bir saf qəlb tapıb onu param-parça etməyə,didməyə,qırmağa....O getdi...

Vicdan susanda....Nifrət et özünə...!!!Vicdanın susubsa sən niyə yaşayırsan?
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 612
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri