Unutmaq mümkündürmü?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 7 758
Səs ver:
(səs: 1)

 

 


Həyat hamımız üçün bir imtahandır. Yaşamaq üçün daim mübarizə aparırıq. Axı bu həyat güclü olanları sevir. Zaman su kimi axır. Hər an ömrümüzdən gedir. Bir anlığa dayanaraq, özümüzə suallar veririk: Bəs yaşamağa səbəbim nədir? Kim üçün bu mübarizəni aparıram? Dəyərmi bu qədər zülmə? Bəlkə heç dəyməz? Amma bəzəndə həyatımızın elə bir dönəminə rast gəlirik ki, kimisə sevdiyimizi başa düşürük. Əvvəl bunu inkar edirik, sevgiyə inanmırıq. İnadçılığımız üzündən heç cür bununla barışmaq istəmirik, adını sevgi qoya bilmirik. Amma qədrini bilmədiyimiz bu hissin bir adı var: bu bizə tanrımızdan bəxş olunan müqəddəs sevgidir. Artıq bu hissi özümüzdə kəşf etdikdə, hər şeyin gec olduğunu başa düşürük. Elə anlar olur ki, özümüzü çox narahat hiss eləyirik. Gün ərzində gördüyümüz işdən asılı olmayaraq, gözlərimiz hər yerdə onu axtarır. Zamanla hər şey keçir deyillər, amma onsuz heç zamanda keçmir. Sənin üçün heç bir şeyin əhəmiyyəti olmur. Çünki gözün ondan başqa heç nəyi görmür. Baxdığımız hər yerdə onu axtarırıq. Hər an nəyinsə əksik olduğunu başa düşürük. Ürəyimizdə son bir ümidlə ömür boyu onu gözləyirik. Bilirik ki heç vaxt gəlməyəcək, amma özümüzü aldadaraq gözləyirik. İstəyirik ki zamanı geri qaytarıb, hər şeyi yoluna qoyaq. Təəssüf ki, son peşmançılıq fayda vermir. Bir gün səhər yuxudan ayıldıqda, onu yanımızda görmədikdə tənhalığın necə acı olduğunu başa düşürük. Ürəyimizin necə onun nəvazişinə ehtiyacı olduğunu başa düşürük. Axı ürəyimizin onu unutması qeyri-mümkündür.

alt


İndi isə siz mənə deyin, ürəyimizi verdiyimiz, dərin məhəbbətlə sevdiyimiz bir insanı unutmaq mümkündürmü?

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 7 758
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri