-Göyün hər yerdə mavi olduğunu anlamaq üçün dünyanı gəzmək lazım deyil,Bax, eyni zamanda da baxdığını görən ol.
-Gəldiyin zaman boşluq dolduran deyil,getdiyin zaman yeri doldurulmayan şəxs ol.
-Hər eşitdiyinə inanma,əlində olan hər şeyi xərcləmə və istədiyin qədər yatma.
-Səni sevirəm deyərkən ,bunu inanaraq söylə. -Üzr istəyərkən qarşındakının gözlərinin içinə bax. -İlk görüşdə sevgiyə inan. -Evlənmədən öncə ən az altı ay nişanlı qal.
-Heç vaxt başqalarının arzuları ilə zarafat etmə.
-Dərindən və inancla sev.
-Qəlbin qırıla bilər bəlkə də amma başqa cür də həyatını tam anlamıyla yaşaya bilmərsən.
-Anlaşmazlıqlarla dürüstcə savaş.
-İnsanlar haqqında danışılanlara inanıb,onlar haqqında tez qərar vermə.
-İnsanlara gözlədiklərindən daha çoxunu ver və bunu edərkən kübar ol!
-Yavaş danış amma sürətli düşün.
-Bunu unutma ki daim,böyük sevgi və ya böyük sərmayə böyük risk daşıyır.
-Hər nəyi itirsən də,ağlını itirmə.
-Bu üç hərfi unutma: Sevgi-hərkəsə Hörmət-özünə və başqalarına- Cavabdehlik- bütün hərəkətlərin üçün.
-Əgər səhv etdiyini görsən,həmin an onu düzəltməyə çalış,bilə-bilə səhv yolda irəliləmə.
-Danışmağı (söhbət etməyi) sevdiyin biri ilə evlən.Yaşın irəlilədikcə söhbət hər şeydən daha çox önəm qazanır.
-Ana-nı sev,ona hörmət et,onu heç bir zaman yalnız buraxma.
-Onu bil ki,bəzən səssiz qalmaq ən yaxşı cavabdır. -Sevdiklərinlə mübahisə edərkən, o anı önəmli hesab et,keçmişi qurdalama. -Sətir boşluqlarını da oxu,məlumatlarını paylaş.
-Elm insanı şübhədən,yaxşılıq iztirab çəkməkdən,qərarlılıq isə qorxudan qurtarır.
-Dua etmək insana böyük güc verir.
-Düşün.Daha da böyük güc verir. -Öpərkən gözləriniz bağlamayan sevgiliyə güvənmə.
-Bəzən istədiyin bir şeyin olmaması sənin üçün bir şansdır.
-Ən yaxşı münasibətin, bir-birinizə olan sevginiz,bir-birinizə ehtiyacınızdan daha çox olduğu zaman olacaq.