Sevgilim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 713
Səs ver:
(səs: 3)
Sən… Sən mənim həyatda dayaq olacaq, hisslərimi anlaya biləcək, sonsuzadək inana biləcək mələk kimi çıxdın qarşıma. Heç gözləmədiyim zamanda, heç düşünmədiyim bir anda gəldin həyatıma. Mən necə olacaq?, deyə fikirləşərkən, sən açdın qəlb qapılarımı özünə doğru…

Ürəyimdə taxt qurdun, sahibləndin qəlbimi. Zaman necə keçdi bilmədim, birdə baxdım ki artıq sənə bağlanmışam, artıq səninlə keçir bütün saatlarım, dəqiqələrim, sənsiz saniyəmi belə təsəvvür etməz oldum…
Sən, necə də xoşbəxtlik bəxş etdin mənə. Həyatıma yenidən məna, sevinc, şənlik qatdın. Mənə həyatı yenidən sevdirdin. Hər çətinlikdə yanımda oldun, hər şeydə mənə təsəlli verdin. Bəzən uşaq kimi, bəzən gənc kimi, bəzən yetkin bir insan kimi, bəzən lap ağsaqqallar kimi mənə dəstək oldun.
SƏN

Səninlə hər çətinliyi rahatlıqla, əziyyət çəkmədən aşdım. Hər sevinci doya-doya yaşadım. Xoşbəxtliyin nə demək olduğunu çox yaxşı başa düşdüm. Sən yanımda idin çünki. Qəlbim sənə görə, səninlə döyünürdü çünki.
Səninlə uşaqlaşdım, səninlə cavanlaşdım, səninlə bağlandım dünyaya bərk-bərk. İki əlli yapışdım sevgidən. Sevgimin, qəlbimin sahibi olan səndən.

Nə yaxşı ki SƏN varsan, nə yaxşı ki HƏYATIMDASAN, nə yaxşı ki sən MƏNİMSƏN. Səni çox sevirəm, qəlbimin döyündüyü hər an, sonsuzadək də səni sevəcəyəm.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 3 713
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri