Artistlik yaxşı şeydir, amma həyatda yox, səhnədə…

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 515
Səs ver:
(səs: 3)
Ən insani davranış-bir insanın utanılacaq bir duruma düşməsinin qarşısını almaqdır

Çox kefli anınızda kimsəyə bir şey vəd etməyin.Çox hirsli anınızda kimsəyə cavab verməyin

Yorulacaqsansa, çətinlik çəkəcəksənsə, şikayətçi olacaqsansa, kaşkilərə sığınacaqsansa, sözə "amma” deyə başlayacaqsansa girmə eşq yoluna.

Baxa baxa qaldim arxasından.
Nə gözümü ala bildim, nə də gözə ala bildim.

Əgər bir insan sizi sevmirsə, iynə ucu qədər problemləri bəhanə edərək sizi özündən uzaq tutar...
Əgər biri sizi həqiqətən sevirsə, dağlar qədər problemləri göz ardı edib sizinlə birlikdə olar...
SEVƏN İNSANIN BƏHANƏLƏRİ YOXDUR..!

Bir qadın baxır pəncərədən. Bədbəxt. Bir adam keçir qarşı səkidən. Ümidsiz ... Sevgi, tam ortada dayanır. Adam baxır. Qadın ağlayır. Sevgi keçib gedir.

Kiminsə yatmazdan əvvəl etdiyi duada yer almaq,
həyatda ola biləcəyin ən gözəl yerdir...

Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə çalışsan aşa bilməzsən onu.

Axmaq İnsanlara bir şeylər anlatmağa çalışmaq, yaş şüşələrə yazı yazmağa bənzəyir...
Diqqətlə yazarsan, açıq-aşkar bəlli olar yazdıqların...
Sonra silinib gedər...

Artistlik yaxşı şeydir, amma həyatda yox, səhnədə…

Şikayətçi olub ağladığım çox günlərim oldu.Amma bir gün gəldi ki, ağladığım günlər üçün belə ağlamalı oldum...

Bir gün gələcəkdir deyə ümidlənərsən,
Sonra elə bir gün yox deyə qəbul edərsən.
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 3 515
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri