Dinlə məni...

Müəllif: Narın Yağış
Şərhlər: 12
Baxılıb: 5 150
Səs ver:
(səs: 9)
Bu gecə son dəfə 19.01.2015-e qayıtdım.. Peşmanlıqlarla, kaşkilərlə, bəlkələrlə yaşanmışlarla dolu sənli həyatımı xatırladım..
Bu gün səni xatırlamaq istədi canım, Səninlə heç bir əlaqəm olmadığını bilə-bilə sənin üçün darıxmaq istədim!!!
Bəlkə də aylarla gözümdən axmaq bilməyən yaşlar axsın istədim...
 
Dedim axı, bu gün yenə məni sevməyini istədim..
Səni sevmədiyimi bilə-bilə!!! Yeni bir başlanğıc etdiyimi unudaraq, Ya da sənin məni heç bir zaman adam kimi sevməyəcəyini bilə-biə...
Amma yenə və yenə sev istədim..
 
Həyat oyunu oynadın mənlə və ilk dəfə məğlub oldum mən.. Sənə məğlub oldum.. Qəlbimdəki sevgini öldürmək üçün çalışdım bu qədər zaman..
Indi qalx və alqışla özün özünü..!!
Zülmətində kimsəsizəm.. Axır ki öldürdün sevgimi.. Get yaşa həyatını.. Sonra bir dəfə də olsa çıx qarşıma, üzündəki acıyı, çarəsizliyi görmək üçün..
 
 Mən bilirəm bir gün görüşəcəyik səninlə.. Mən baxacam yaxın qədər uzaqdan, Sən danışacaqsan.. Ucalacaq nitqindən mənim sənə yazdığım bir gecədə səssizcə qəlbimdə fəqan edən,,o səssizcə fəryadım...
 
Mən mi??.. Susmağım, Susmağım ağladacaq səni.. Susmağım yandıracaq səni.. Mən bilirəm qəmli olacaq sükutumuz.. Səndə bir neçə anlıq, mənim isə ömürlük.. Danışmağım nağıldı..
 
Sən danışacaqsan, mən baxacam..
Unutma...
MƏN YAZDIQLARIMA MƏHKUMAM, SƏN YAŞADIQLARINA MƏHKUM...!!

(səs: 9)
Şərhlər: 12
Baxılıb: 5 150
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri