Sevilmədən sevdim

Müəllif: aliceWOnDer
Şərhlər: 9
Baxılıb: 3 389
Səs ver:
(səs: 3)
İnsan olan kəsin təbiətində var o üç kəlmə söz. Mənim üçün müqəddəsdir. Sevdiyi insanı düşünmək o qədər sevinclə doldururki insan ürəyini...Əlbəttə eşq qarşılıqlı olanda daha mənalı olur. Qarşılıqsız eşq qədər insanı yaralayan başqa bir duyğu yoxdu. Sevəsən amma sevilmədiyini biləsən. Heç ümid yoxdu amma yenə də sevirsən. Sənə çox ağır sözlər desə belə o sözlər yaralamaz səni. Əsas odurki sən sevirsən nə deyir desin...

"Eşq qarşılıqlı olanda mənalı olur” dedik amma əsl aşiq qarşılıq gözləməz, sevməkdir onu xoşbəxt edən,mükəmməl edən. Tərtəmiz, qarşılıqsız, təmənnasız sevmək amma... Təbii ki hər aşiq kimi cavab tapmaq istər amma onun üçün sevilmək əsas şərt deyil.
Sevməyi bilən insanın dağlar kimi böyük sevgisinə cavab verməyən, o sevginin qiymətini bilməyənlər heç bir zaman xoşbəxt olmazlar. Xərclədikləri sevgiləri vaxtı çatanda çox axtaracaqlar amma sevgi çoxdan getmiş olacaq. İçlərindəki peşmanlıq itirdikləri sevgi qədər böyük olacaq. "Kaş ki” sözü artıq heç bir şey ifadə etmiyəcək, çünki eşq çoxdan qaçıb getmiş olacaq. Belə imkanlar çox az çıxar insanın qarşısına, çıxdığı an buraxmayacaqsan bir daha. Hər sevgi çox qiymətlidir. Heç bir sevgini heçə saymamalısan. Bəzən sevgimin önəmsənilmədiyini düşünəcək kimi olarsan. Sözlər boğazımda düyün kimiqalır. Ağlamaq gəlir içimdən....
Səni nə çox sevdim, sənin üçün nə qədər göz yaşı tökdüm, gecələr yuxuna girmək üçün nə qədər dua etdim. Bir baxışına, bir gülüşünə çatmaq üçün dünyanın bütün nemətlərini önünə düzərdim. Adına təklik dedim, sənsizlik dedim.... Sən məni bilmədin, tanımadın, sevmədin. Bu bir ölümdü, yaşamaq deyil, təklik qaranlıq qapılaryla üstümə bağlandı, amansız acı içindəyəm.
Ey sevdiyim! Mən səni nə çox sevdim, dünya bildi bir sən bilmədin, təkliyin digər adı eşqə qarşılıq almamaqdır. Qaça bilməyəcək qədər yaxın, yaxınlaşa bilməyəcək qədər uzaq bir yerdəsən... Anladımki sən məni heç duymuyacaqsan.Ama səni həqiqətən sevmişdim anlaya bilmirsən,səni necə gözləyirdim hər axşam səndən gələn xəbərləri Hər gecə sənə sms Yazırdım Cvbsız qalırdı.Hələ o Xəstələnməyivi demirəm Ürəyim necə atırdı...Necə olacaq indi necədir...Sənə bir söz deyimdə məndə ikiyüzlüyəm Yanımda olanda gülürəm,yanımda olmuyanda Ağlayıram.Səni Sevirəm deyirəm ama nəqədər istiyərdim o sözü səndən eşidəm.
Sənə giley edə bilmərəm, səndən inciyə bilmərəm. Bir tək istəyim var, son istəyim oda sənin XOŞBƏXT OLMAĞIN!

Ötən günlərimə bir ümman dedim,
Boşalıb ürəyim, dolmur ki, dolmur.
Sahilə çatmışam, haraya gedim?
Dənizə məqsədsiz qayıtmaq olmur...
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 3 389
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri