Sevgilinizin sizdən ayrılmaq istədiyini göstərən işarələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 11 834
Səs ver:
(səs: 0)
Müəyyən vaxt keçdikdən sonra qadınların şübhələrinə səbəb olan məsələlərdən biri sevgililərinin onlardan ayrılmaq istəyib, istəmədiyidir. Təcrübəli qadınlar bunu tez anlasalar da, bəzən qarşımızdakı insanın xarakteri bizi çaşdıra bilər. Sizlərə sevgilinizin ayrılmaq istədiklərini bildirən bəzi məqamları açıqlayırıq.

1.Keçmişdə sizinlə telefonda çox danışan sevgiliniz, indi sizi eyni həvəslə axtarmır. Bəzən o zənglərə cavab vermir. Cavab verdikdə belə çox qısa danışır. Bu sizi şübhələndirməlidir. Lakin onu da unutmayın ki, bəzi kişilər telefonla danışmağı xoşlamırlar.

2.Sizi durmadan tənqid edirsə, deməli, ortada nəsə var. Xüsusən, xarici görünüşünüz barədə xoşagəlməz fikirlər tez-tez səslənirsə, ayrılığa hazır olun!.

3.Sizə qarşı soyuqdursa və sizinlə az vaxt keçirirsə, o, sizdən yavaş-yavaş uzaqlaşır. Bu vəziyyət dava və mübahisələrin də nəticəsi ola bilər. Ona görə, bir qədər sakitləşib sonra onunla görüşün. Qadınla kişi arasında fiziki təmas da önəmli bir bağlılıqdır. Əgər o, sizə əvvəlki qədər toxunmursa, buda ayrılacağınıza bir işarədir. Getdikcə artan mübahisə və davalardan sonra uzun müddət küsülü qalırsınızsa, bunlar da sizin ayrılacağınızı göstərir.

Ancaq onu da unutmayın ki, bəzi kişilər çox qısqanc, tərs və qururlu olduqları üçün gec barışırlar. O, münasibətlərə bir qədər ara vermək istədiyini dedikdə, siz bunu yaddaşınıza həkk edin. Çünki, bu cür insanlar ciddi münasibətləri sevmir və onlardan uzaq durmalısınız. Belə bir kişi sizi istənilən an tərk edə bilər.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 11 834
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri