Hər insan sevgini anladığı kimi sevər! Hər kəs bacardığı qədər sevər!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 987
Səs ver:
(səs: 1)
alt

Hər insan sevgini anladığı kimi sevər! Hər kəs bacardığı qədər sevər!

Sevginin nə olduğunu hər kəs tam olaraq bilmədiyi üçün, 
əksəriyyəti, "bəyənmək" ilə "sevgi"ni bir-birinə qarışdırar. 
"Bəyənmək"lə birgə "sahib olmaq" arzusu yaranar.
Adi əşyadan misal götürək.Ondan xoşumuz gəldiyi zaman, bəyəndiyin bir şeyə sahib olmaq və 
üzərində sahiblənmək arzusuyla yaşayarsan… 
Sahib olmaq, istədiyini əldə etmək hər kəsin içində yaşatdığı bir hissdir! 
 
Kimi, bəyəndiyini gizli saxlayar.Onu heç kəslə bölüşmək istəməz. 
Kimi, bəyəndiyini hər kəsə göstərmək, hər kəslə bölüşmək istəyər.
Kimi də, istəklərini dilə gətirməkdən çəkinər.Bəlkə itirməkdən qorxar kim bilir?
Ancaq sonda hər kəs bir yolla istəklərinə nail olmaq, sahiblənmək istəyər.


"Sevmək" isə bundan çox fərqlidir…
Sevdiyin zaman , təkcə sevdiyin üçün yaşamaq istəyərsən!. 
Sadəcə onun yanında olmaq,sadəcə onun olmaq, 
sadəcə onun zövq aldığıyla zövq alıb, sevmədiyindən qaçmaq istəyərsən! 
Sevdiyin elə bürüyər ki, ağılını, fikirini, ruhunu ki, hər şey sənə, 
onu xatırladar; yanında ikən belə onun içində olmaq istəyərsən!… 
Yaxınlıq belə uzaq gələr sənə!

Onun baxışıyla baxar, onun diliylə danışmağa başlarsan! Gözün ondan başqasını görməz, 
qulağın ondan başqasını şitməz, 
əlin ondan başqasını tutmaq istəməz!
Hər an sənə sahib olmasını; varlığının, hər an səni qucaqlamasını istəyərsən!… 
Yaxınlıq belə, qorxunc uzaqlıq kimi gəlir sənə; 
və onunla tək bir bədən, tək bir ruh, tək bir şüur olmağı istəyərsən!. 

Özünün o qədər qapdırarsan ki, 
gün gələr qaşında-gözündə, üzündə idilində 
sevdiyini görərlər də, "sən o olmusan" deyərlər! 
Bəyənən sahib olmaq istəyər… 
Sevən isə sevdiyində yox olar; fəda edər hər şeyi onun uğruna!. 


Bəziləri sevdiyini düşünər ancaq əslində sevginin nə demək olduğunu bilməzlər.
Sərf etmədiyi halda onu sata biləcək qədər xain olarlar!
Sənin üçün sözdə canımdan keçərəm deyərlər ancaq canından keçməyin nə demək olduğunu heç bilməzlər ki....

Pulundan ayrıla bilməz… Mövqeyindən əl çəkə bilməz… 
Yaxınlarından ayrıla bilməz… İçində yaşadığı mühitin 
gözəlliklərindən qopa bilməz… "Ətraf"dan ayrıla bilməz!
Deyərkən problemlər meydana çıxmağa başlayar. 
Problemlərin üstəsindən gəlməyəcək qədər az sevdiyinin şahidi olarsan...
Əskikliklər görməyə başlayarsan, çatışmazlıqlar görməyə başlayarsan… 
Bunlar əvvəl ağrıya çevirər sevgini; 
uzaqdan ağrıyaraq seyr etməyə başlayarsan… 
Sonra şirin bir xatirəyə çevrilər, sevgi sandığın hisslərin!. 
Bu təcrübə göstərər ki, sənin hiss etdiyin problemlərin üstəsindən gəlməyəcək qədər güclü deyil!
Bəyənməyi sevgi sanmısan demək ki...!
 


Uzaqlaşma ondan deyil, qarşısındakından gəlmişsə, 
bu dəfə "nifrət"ə çevrilər "bəyənmək"; ondan intiqam alma duyğusu 
meydana gələr; və vicdanla intiqam dalğaları arasında 
bir o yana bir bu yana külək kimi əsər; tərk edilmişliyin, uzaqlaşmağın, 
layiq olmadığını yaşamaq hissi!

Halbuki əsl sevgi edilən yaxşılıqlar yaxudda edilən pisliklər qarşısında dəyişməyəndir!
Kimi pulunu sevər, sevirəm deyər.
Kimi xaricinə aşiq olar sevirəm deyər.
Kimi daxilinə aşiq olar sevirəm deyər.
Kimidə bunlar yox olduğu zaman sevirəm dediyi üçün peşmanlıq hissləri yaşayar.

Əsl sevən hər şeyi gözə alandır.
Əsl sevən yaxınlarından, yaşadığı şəraitdən onun üçün imtina edən olandır!

Onunla, sevməyi yaşamaq istədiyi üçün yaratmışdır onu Yaradan… 
Ona görə qopar anadan-atadan; dünyadan puldan! 
Sevən, qarşılıqsız sevər!… 
Bəyənən biri isə qarşılığını istəyər!

Mənim istədiyim kimi yaşasan mənim sahib olduqlarıma sahib olarsan deyər bəyənən biri!
Mənim sahib olduqlarıma sahib olmaq , sənində sahib olduqlarına mən sahib olmaq istəyirəm deməkdir!
Bu əsl sevgi demək deyil!Bu qarşılığını istəyirəm, sən verməsən məndə vermərəm deməkdir!
Amma pərvanə kimi sevə bilməz!. Atmaz özünü atəşə!. Sənin üçün qarşılığını gözləmədən fədakarlıq etməz!

Sevgi sonunda yanmağı gətirər!.. Bəyənmək isə sonunda qaçmağı!. 
Bəyənən insanlar üçün "sevgi" dəliliyin bir növüdür!
Anlamazlar onlar, sevdiyi uğruna, ətrafdakıların dediyi hər sözə dözməyi dözməyi! 
Və "dəlillik budur" deyərlər…
Bəyənməyin bir növ "hobbi"dir!… 
Bəzən ömür boyu davam edır, bəzən bir neçə il, bəzən bir neçə ay!.. 
Sevgi isə bir ömür boyu davam edəndir!
 
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 987
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri