Deyirlər...bilmədən..

Müəllif: guler19
Şərhlər: 21
Baxılıb: 904
Paylaş:
Səs ver:
(səs: 4)
15 yaşlı bir qız yanında bir körpəsi ilə gəzərkən, insanlar onun arxasıyca "qızmış" , "tərbiyəsiz" kimi kobud sözlərlə səslənərək onu "Fahişə adlandırırlar.
Əslində isə bilmirlər ki "Fahişə" adlandırdıqları bu qızcığaz 13 yaşında təcavüzə məruz qalıb

Kilosu çox olan bir adam görəndə insanlar ona "qarınqulu", "pivə boçkası", "gombul" kimi sözlər deyir
Əslində isə bilmirlər ki "az ye dəəə ay gombulll" dedikləri o insanın çəkisi çox yediyi üçün deyil, xəstəliyi ucbatından artır.

İnsanlar saçı tökülmüş bir qadına "az fenləyərdin saçını" deyib onu mühakimə edərək "keçəl" adlandırırlar, lağa qoyurlar əslində isə bilmirlər ki "keçəl" adlandırdıqları həmən qadının saçları xərçəng xəstəliyinə tutulduğu üçün tökülür

İnsanlar üzü gözü çapıq olan, əlini, ayağını itirmiş birinə "çirkin" deyərək ondan qorxurlar, iyrənirlər. Əslində isə bilmirlər ki, həmən "şikəst" dedikləri Vətəni uğrunda döyüşdüyü üçün, bizlərin, sizlərin əliniz ayağınız yerində olsun deyə döyüşərək müharibədə əl ayağını itirib

İnsanlar sevgiyə inanmayan " sevgi yoxdur " deyən birinə "daş ürəkli deyirlər". Əslində isə bilmirlər ki, o "daş ürəkli" adlandırdıqları həmən şəxs bir zamanlar , sevgisi üçün malını, canını, son damla qanını belə qurban verməyə hazır olduğu halda, aldadılıb, xəyanətə uğrayıb.

İnsanlar uzun illər məhbus həyatı yaşamış birinə "qatil" deyirlər. Əslində isə bilmirlər ki, "qatil" adlandırdıqları həmən şəxs ana bacısının namusunu qorumaq üçün kimisə öldürüb.
 
İrəlidə olacaqları görmək, baş verə biləcək hadisələri təxmin etmək qeyri mümkündür. Həyatın nə zaman və nə şəkildə nələri qarşımıza çıxaracağından hər birimiz xəbərsizik. Çox imkanlı olan birinin qumarda müflis olduğunu, varını, dövlətini, sərvətini əlindən buraxıb bir qəpiyə möhtac qaldığını, yaxud da ki keçmişdə dilənən, zibilliklərdən çörək tikələri tapıb onunla qarnınını doydurmağa çalışan birinin hal hazırda böyük holdinqlərə, villalara, ən son model maşınlara sahib olduğunu zaman zaman eşidir, tv ekranlarından görürük.

Həyat yaxşı eləcə də pis surprizlərlə doludur. Odur ki, nə oldum deyil, nə olacağam deyə düşün. Unutma, sabahın sığortalanmayıbdır!

loading...
(səs: 4)
Şərhlər: 21
Baxılıb: 904
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Happy
Gozel yazilib. Oxuduqca dushundurur insani. Heqiqeten insanliq mehv olur gedir :/
9 iyul 2015 09:13
21
Offline
Leylican
Bu cumleler mene cox tesir eledi heqiqeten xebericoxxx beyendim
Heqiqeten de hec kesin sabahi sigortalanmayib!!
8 iyul 2015 22:24
20
SEBR....
Offline
Catwoman666
bu xeberde tam menim fikirlerim eks olunub...
8 iyul 2015 22:20
19
Viking
Offline
efsane..
deyirler deyirler o deyenleri susdurmaq olmurki olmur
8 iyul 2015 18:52
18
Offline
Dosta_inam
Görmeden bilmeden sormadan mühakime eden insanlar var,ancaq heç kim sabahından suğortalı deyil,kim ne bilir sabah lağ edib güldüyü insandan da pis güne qala biler,kimin axırı kimin evveli deyib atalar,teşekkür,menalı ve bir o qederde heqiqeler idi.
8 iyul 2015 18:37
17
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
vipbetul
ne olduqumda ne olacaqimda menimcin onemlidir,teki Rebbim bizlere heyatin en gozel surprizlerini qarsimiza cixartsun insallah,gozel sozleridi
8 iyul 2015 16:57
16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Narın Yağış
İnsanlar sevgiyə inanmayan " sevgi yoxdur " deyən birinə "daş ürəkli deyirlər". Əslində isə bilmirlər ki, o "daş ürəkli" adlandırdıqları həmən şəxs bir zamanlar , sevgisi üçün malını, canını, son damla qanını belə qurban verməyə hazır olduğu halda, aldadılıb, xəyanətə uğrayıb. - Ahh ah ahım dağlara bu sözü uje özüm özümə deməyə məcbur olmuşam habuki..nəysə..
8 iyul 2015 12:28
15
Sənli "Günah" a dəyişmərəm sənsiz "Savab"ları heart
Offline
Marta
Beli deyirler bezen beyinsizcesine, ureksizcesine...
8 iyul 2015 03:16
14
Немного терпения, и у тебя все получится..
Offline
Mrs.A
Menali cumlelerdi
8 iyul 2015 00:22
13
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
my_angel
Gözəl cümlələr idi,təşəkkür.
8 iyul 2015 00:12
12
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
WiRiN BaLaM
İnsanlar sevgiyə inanmayan " sevgi yoxdur " deyən birinə "daş ürəkli deyirlər". Əslində isə bilmirlər ki, o "daş ürəkli" adlandırdıqları həmən şəxs bir zamanlar , sevgisi üçün malını, canını, son damla qanını belə qurban verməyə hazır olduğu halda, aldadılıb, xəyanətə uğrayıb.
hamısı düzdür bu milletin qaydasıdı bilib bilmədən danışmaq şər böhtan atmaq ehh n deyəsən.
8 iyul 2015 00:04
11
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
ell.nell
Beli kimi ne vaxt neyin gozlediyi melum deyil........
8 iyul 2015 00:02
10
Offline
aziz a
Dogrudurda, hansi birimiz bu swhvleri buraxmiriq??hamimiz yol veririk bu sehvlere.ozude sehv oldugunu dusnmeden..eh neise...
7 iyul 2015 23:50
9
Rebbim kömek olsun cümlemize Amin
Offline
lelos
gözel ve tesirli cümlelerdi
7 iyul 2015 23:46
8
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
aliceWOnDer
Eslinde bizim millet cox qinayilar insanlarin. Amma esline getsek o qinayan insanlar hec kimdi. Kecmislerin baxmadan qinayilar , amma siz geleceynizden xebersizsiz..!
7 iyul 2015 23:34
7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
yarpaq33
Cox tesirli ibret goturulesi xeberdi ne yaziq ki cemiyetimizde bele insanlara gulecek qeder alcag insanlar var belke bele xeberler cox olsa onlarda oxuyub ibret goturse ne yaxwi olar
7 iyul 2015 22:55
6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
emis
gozlerim doldu yazini oxuduqca her birsey necede aciq aydin yazilib bunlari herkes oxuyub ders alsa yaxsi olar hec kim heckimin icine bile bilmir ona gorede heckesin arxasinca danimaq olmaz dogru deyil gunahdir. sevdiyim bir cumle var sabahin bize ne getireceyi belli deyil yeni bu gun variq sabah yoxuq az sonra basimiza ne geleceyini bilmirik neceki heyatda pis yaxsi yasayiriq calisib yaxsi xeyirxah isler gormek lazimdir birinin komeye ehtiyaci olan vaxt ona elimizi uzatmaliyiq lag edib yanindan kecmemeliyik.biz onlar da pis gunlere duse bilerik heyat sinaqlarla doludur, niye ozumuze dusmen qazanmaliyiq ki,ne qeder yaxsiliq etsek gunahlarimiz bagislanar bilmirem ama Allaha da xos gedeceyinden eminem.hec kime hecvaxt lag etmemisem etmeremde cunki seheri gunu menimde qarsimda dura biler herkesi anlamaga calismaliyiq anlamayana ne qandirasan ama biz ustumuze duseni etmeliyik.Dinlemeyi bacarmaliyiq..tesekkur gulerim xeber ucun.
7 iyul 2015 22:47
5
Offline
Fialka
Bəzən sadəcə üzdən görünənləri qiymətləndirib dəyər verərlər heç kəs dərinə getməz nə necədir deməz belə. Budur əslində bir çox şeyə səbəb olan əslində hansı ki, o səbəbləri say bitməz..Ona görədə qiymət verməmişdən öncə nəyəsə əmin şəkildə əsaslanmaq lazımdır çünki sabah o insanın yerində olmaq da var çünki bu həyatdır və heç kəs həyat sığortasıyla təmin olunmayıb..
7 iyul 2015 22:36
4
Offline
BARBI
Geleceyimiz hec vaxt sigortalanmayib kim ne olacagini bilmir. Ona gore qinamazdan evvel insanlari dinleyin.
7 iyul 2015 22:26
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Aykam2001
Unutma, sabahın sığortalanmayıbdır!
7 iyul 2015 22:12
2
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Son sozu ALLAH soyleyecek
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv