Sen Menim ILKIMSEN

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 004
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1325416321-302.jpg

Bəzən gülürlər mənə. Sevməz deyirlər bu qız hec kəsi sevməz... Bilmirlər, bilirsənmi, heç bilmirlər... Sadəcə danışırlar... Onların sevgidən danışmağını istəmirəm.. Həmişə hirslənirəm.. Nə edim? Mənim də həmin vaxt onlarla danışacaq bir sözüm yoxdur axı...Onlar həmişə sevgililəri ilə keçirdikləri zamanı, necə görüşdüklərini, görüşə nə geyindiklərini, ona necə gülümsədiklərini, bir birlərinə nə dediklərini danışırlar... Dinləmirəm..... Nə edim? Mən axı səninlə heç vaxt görüşməmişəm...Danışmamışam..Onlar sevgililərinin onlara aldığı hədiyyələrdən, sevgililərinin onlar üçün dinlədikləri mahnılardan danışırlar...Mənsə qaçıram bu söhbətlərdən...Nə edim? Yenə bir gün hərə öz sevgilisindən danışırdı.. Mən isə qaçmadım.. Bu dəfə oturub dinlədim.. Bir şey danışmırdım..amma sadəcə qulaq asırdım... O gəldi yanıma.. Yaxın saydığım o qız...Və mənə bir sevdiyinin olduğunu, amma ona hisslərini izah edə bilmədiyini dedi.. Nə edim səncə? deyə soruşdu...Ona məsləhət verdim... Hər kəs mənim ona məsləhət verməmi görüb güldü..
- Bundanmı məsləhət alırsan?Bu ki, heç sevginin nə rəngdə olduğunu bilmir-dedilər...
Utandım. Başımı aşağı əydim. O qız isə mənə təşəkkür etdi verdiyim məsləhətlərə görə. O qıza verdiyim məsləhətlər bilirsən nədən ibarət idi?Ona həmişə sənə demək istəyib amma deyə bilmədiyim sözləri demişdim. Demişdim ki, o sevdiyi insana desin.Mən səndən başqa nə bilirdim ki, nə də söyləyəydim? Sən ilkimdin mənim...
Qız sabahı gün mənim dediklərimi sevdiyinə demişdi... Oğlan da ona:
- Məndə səni sevirəm. Həmdə söylədiyin bu iki söz var ki, o sözləri dünyanın ən qiymətli xəzinəsinə dyişmərəm. Sən mənim təmiz, saf mələyimsən...Çünki, mən sənin ilkinəm...
Qısası, oğlan qızın sözlərini çox bəyənmişdi. Mənim planlaşdırıb, deyə bilmədiyim sözləri oğlan çox bəyənmişdi... Qıza hər kəsdən fərqli olduğunu söyləmişdi. Hər kəsdən fərqli danışıb, hər kəsdən fərqli sözlər söylədiyinə görə...Bilsəydim.... Bilsəydim.. O qız gəlib o sözləri sənə deyəcək....Kaş ki, elə özüm deyəydim sənə o sözləri...Amma qorxurdum qorxurdum ki, səndə qızlar kimi mənə lağ edib sevginin rəngini bilmədiyimi düşünərsən... Ona görə cəsarət etmədim... Və ikinci cəsarətsizliyim də bu oldu.. O qızdan sevdiyinin kim olduğunu soruşmadım... fikirləşdim hər kimdirsə sevir.. Mən kömək etməliyəm sadəcə Amma kaş soruşaydım...O qız sənə Sən mənim ilkimsən... Sən hansısa qəlbdə heç ilk oldunmu? dedi...Səndə onun qəlbində ilk olduğuna sevinmişdin... Amma əslində sən onun yox, mənim ilkimsən...

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 004
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri