Unuduluram..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 560
Səs ver:
(səs: 1)

alt

 

Dəyişmir heç bir yenilik içimdəki köhnələri.Heç bir gələn unutdurmur gedəni.Dostlar içində düşmən tez gözə görünür.Yeni dogan günəşim yenə zülmətə bölünür.Çıxa bilmirəm kədərin qollarından,hüzn dənizində boğuluram indi.Səbəbi yoxdur,yada sənsizlikdir adı.


Unudacam deyərkən,unuduluram indi.Hər yeni sabahı başqa ümidlə açıram.Hər gecəm köhnə xəyalların eyni göz yaşı ilə başlayır və uzun-uzadı sükut…Heç bitməyəcəkmiş kimi.Sevmişdim səni mən,heç getməyəcəkmiş kimi gəlmişdin sən.Nə deyim ki,indi?Yolun açıq olsun.Bağlayaq səhifələri,yeni rənglər kəşf edək.Yağışlar yağsın üzərimizə,yuyaq izimizi.Bus bütün islanaq,yeni addımlar ataq.

Qiymətini bilmədik o sevginin,ya sən günahkarsan,yada ki mən.Nə fərqi var?Bitdi hər şey.Nə edə bilərik ki,indi?!Ağlamağın faydası yoxdu,göz yaşı hədərdir artıq.Heç bir keçmiş gələcək qədər önəmli deyil,içində Sən olan dünənlərim dəyərsiz deyil.

Tozlu rəfdə unudulsada,unutmuram o əsəri mən.Baş rolda sən olan,hər sətrində adım,ikimizin mahnısı,filmlərdən sitatlar,güldüyümüz o xoşbəxt kadrlar, bizdən bəhs edir

dediyimiz ağ-qara kinolarda indi başqa sevgilərindir.Qismət…sən özgəyə,mən özgəyə.Nədir axı bizi yenə görüşdürən?!Nədir səni düşündürən?!

Niyə gəlirsən yuxularıma?Niyə çıxmırsan ağlımdan?!Bir dəfəlik getmişdin halbuki!

Qalsaydın hec bu qədər darıxmazdım sənin üçün.Gedərkən unudacagıma əmin idim,damla-damla unuduluram indi.Bir qəribə soyuqluq üşüdür ürəyimi.Düşünürəm itirdiklərimi..gedən əzizlərimi.Həyatımdan qoparıb atdıqlarımın qanayan yeri incidir qəlbimi.Hündür divarlar qoruya bilmədi sevgimizi,ayrılığın zəhərli gülləsi ilə öldürdü ikimizi.Unudacaqdim….amma unuduluram indi.İşıqda bəzədim otağımı,çıxdım qaranlıqdan.Tərk etdim bu sevginin yasını….amma yenədə bir küncdə büküb dizlərimi təslim olmuşam yoxluğuna.Quruda bilmirəm gözlərimin yaşını.Hər şeyi dünəndə qoyub gəlmişdim bu günümə.İtirsəmdə,qazanırdım yenə….qazandıqca itirirəm indi.Unudacam deyərkən unuduluram indi.

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 560
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri