Hissiyyatsız qadın...

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 489
Səs ver:
(səs: 2)
Ayrıldığım kəsin geri dönməsi  üçün yalvarmaram. Darıxa bilərəm, o  gözəl anları  xatırlaya bilərəm, lakin geri dönməsini yalvarmaram. ..Nə  üçün? O  öz seçimini etmiş və mən bu seçimə  hörmətlə yanaşmalıyam. Sənə  dəyər verməyən  və  səni qiymətləndirməyi  bacarmayan kəslə  ayrılmaği bacarmalısan. Təklikdən qorxmaram. Mən həmişə  həyatımı  mənim olmayan birsi ilə  yaşamaqdan, qorxaram. Ömür sürdüyün insanın  sənin olmadığını anlamaq və  onun sənin  həyatını   əlindən almasını  gec dərk etmək - həqiqətən  çox dəhşətli  bir  şey. Keçmişimə  heyfslənmirəm.  Necə ki, o mənə  heyfslənməmiş.   Keçmişim  mənə  indiki zamanla yaşamağı  öyrətdi.  İstədiyimi edərəm.  Çünki , nə  etdiyimdən asılı  olmayaraq, onsuz da məni həyatımın sonunadək  müzakirə  edəcəklər. Ona görə  də istədiyim kimi olaram.
Başqalarının fikri məni narahat etməz. Vecimə  belə deyil. Kütlənin tərifi gülməlidir. Lakin, paxıllıq mənim üçün  ən  gözəl  komplimentdir.  Əgər ki, paxıllıq edirlər,  demək  mənə  heyrandırlar.  Mən  hər  ağrını dəf  edəcək  qədər  güclülərdənəm.  Nə olursa olsun, qalxaram, başımı  dik tutar və yoluma yenidən  davam edərəm.  Həyatda yalnız   özünə - öz  qorxusuna, ümüdsüzlüyünə,  təkliyinə,  tənbəlliyinə,  qəlb  yarasına, kasıblığına  və  xəyal qırıqlığına - üstün  gələ
n qələbə  çala bilər. Məhz buna görə,  bu günkü  günlə  yaşamağı  öyrəndim,  həyatımda  baş verən  ufacıq  xoş şeylərlə  xoşbəxt olub, rastıma  çıxan  hər  hissiyyatsıza  görə   əhvalımı  pozmamağa  qərar verdim.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 489
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri