Sevən ürəyim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 063
Səs ver:
(səs: 2)
Sevgi....Bəlkədə bəziləriniz bunun olmadığını düşünürsünüz.Amma var.Çünki mən tapmışdım.Amma itirdim.Onu ilk öncə heç bəyənməmişdim,sonra onu sevdiyimi gördüm.O qədər xoşbəxtdiydim ki...Ayaqlarım yerdən kəsilmişdi sanki.Onu görəndə dilin dodağım quruyurdu,ürəyim,əlim əsirdi,səsim titrəyirdi.Həyəcandan nə edəcəyimi bilmirdim.Sankı dünya mənim ətrafımda dolanırdı.Onun adı gələndə üzüm gülürdü,səsini eşidəndə dünyalar mənim olurdu.
Həmişə deyirlər ki,ilk dəfə oğlan qıza zəng eliyir.Bəlkədə buna güləcəksiniz amma ilk dəfə mən ona zəng elədim."İlk zəngi nə oğlan atar,nə qız.İlk zəngi əsl sevən atar"bu sözü xatırladım.İlk dəfə mənə o demişdi bunu.Bilirəm bu bir statusdur.Ancaq mənim üçün dəyəri böyükdür.
İndi yoxdur yanımda.Çünki onun yanında başqası var.İlk dəfə eşidəndə bütün dünya başıma yıxıldı.Niyə axı?Niyə?Mən ona neyləmişdim?Onu sevməkdən başqa nə etmişdim?
Artıq buna dözə bilmirdim.Bir gün tökürüb zəng elədim ona.Ürəyimdəkiləri dedim.Mənim yaxşılığım üçün məndən ayrıldığını dedi.Ağlamaqdan danışa bilmədim.Ürəyim qırıq-qırıq oldu.Mənə yaxşılığı bu idi mi?Onunda məni sevdiyini bilirəm.Məni görəndə qaçır gözlənir,üzümə baxa bilmir,sifəti qızarır.Bunu eləyir bilmirəm.İkisinidə öldürmək istəyirəm.İkisinədə nifrət edirəm.Bəzən bu yaşadıqlarımın bir yuxu olduğunu düşünürəm.Amma elə deyil.Hər şey gerçəkdir.İndi onu unutmağa çalışıram.Peşman edəcəm onu.Mənə elədikləri üçün.
O gün yenə qarşılaşdıq.Göz-gözə gəldik.Həmin vaxt sevgilisi zəng elədi.İnanırsız telefona cavab vermədi.Mən onun yanından ayrılanadək telefona baxmadı.Məni bu qədər sevən birisi məndən niyə ayrıldı bilmirəm.Amma inanın mən də onu çox sevirəm.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 063
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri