Bitdi, əlvida!

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1135
Paylaş:
Səs ver:
(səs: 0)

alt

Hər gün bir az daha yaxınkən bu qədər uzaq olmaq elə
ağrılı və çətindirki.İztirabımı sözlərlə ifadə edə bilmirəm.

Nəyə lazım bu dünya, əgər nəfəsim - sən yoxsansa?!
Həyatımı aydınladan aya bənzədirəm səni misralarımda.
İnanılmaz parlaqlığın,nurunla tamam dəyişdirdin dünyamı.
Kaş ki yolundakı lalə olardım.
Kaş ki dodağındaki təbəssüm,gülüş olardım.
Kaş ki saçlarınla rəqs edən külək,səni bütün qızmarlığı ilə isidən günəş olardım.
Bəzən də yağışdan sonra çıxan göy gurşağı olardım.
Mənə baxıb sevinər,saatlarla gözünü çəkməzdin.
Gecələr onsuz yuxuya gedə bilmədiyin oyuncaq ayıcığın olardım.
Ama deyiləm.Elə çox istərdim ki,bu diləklərim gerçəkləşsin.
Dünyalar mənim olardı.Sən də mənim olardın.
Əbədi,sonsuza qədər.Həmişəlik sadəcə mənim.
Hər zaman səhər oyandığımda ilk sənin sözünlə oyanardım.
"Canım" deyişinlə,o şirin səsinlə.
Yanımda varlığını hiss etmək dünyaya bərabərdir.
Sənsiz sanki suda boğulan uşaq kimiyəm.
Sənsiz sanki ömürlük azadlıqdan məhrum edilən məhbus kimiyəm.
Mən mələk,sən qanadlarımdın sanki.
Mən qoca,sən son nəfəsimdin sanki.
Mən gül,sən tikanlarımdın sanki.
Mən ölüm yatağında olan xəstə,sən son ürək döyüntülərimdin sanki.
Ama Sən tamam fərqli...


Mən sanki sənin səhvin idim.
Sənsə hər dəfəsində səhvini silmək,ondan uzaqlaşmağa can atan insan idin.
Bütün bunları bilə-bilə səni sevirdim.Lakin tükəndi sevgim..Taqətimlə birgə...
Bitdi...Əlvida...!


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1135
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook