Qızların sevgi təklifi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 8 330
Səs ver:
(səs: 2)

alt



Sevginin ülviliyindən, təkrarolunmaz və əvəzolunmaz olduğundan yazmaq istərdim. Ancaq qeyd etmək istəmirəm. Çünki o ülviliyi və paklığı tamamilə itirmişik, demək olar ki məhv etmişik.

Bu səbəbdən mövzünün dərinliklərinə varmasam belə, yalnız mövzu ətrafında qeydlər etmiş olacam.
Artıq demək olar ki, ənənə halını alıb: oğlanın ilk olaraq hisslərini etiraf etməsi və qıza bildirməsi. Daim belə görüb, öyrəşib və belə qəbul etmişik. Lakin artıq xanımlar da cəsarətli addımlar atmaqda çəkinmirlər, bunu etiraf etməkdə, lori dildə desək ürəklidirlər. Son zamanlar zəif cinsin nümayəndələrinin bir çox etiraflarıni duymuş və görmüş oluruq. Bizə bu təəccüblü və qeyri-normal gəlmir, adi qarşılayırıq, normal qəbul edirik. Bu etiraflardan biri də məhz: Sevgi etirafıdır!
Lakin onun da qeyd etməliyəm ki xanımın belə addım atması hər kəs tərəfindən normal qarşılanmır, buna hələ də tərəddüdlə yanaşanlar və qəbul etməyənlər çoxluq təşkil edir. Həmin xanım sanki qınanır və müzakirə obyektinə çevrilmiş olur. Onun cəsarətli addım atması, sevgini gizlətməməsi, ürəkli davranması, hisslərini qoruma istəyi yoxsa nə qəbul edilməzdir? Sanki həmin xanımlar yeni dəb gətirmiş olur, daim öyrəşdiyimiz və mövcüd olan ənənəni pozmuş olurlar. İstənilən halda xanımın bu hərəkəti çətin qəbul ediləndir.

Qızlara sualım: Xanım olaraq heç sevginizi ilk olaraq etiraf etmisiniz?
Oğlanlara sualım: İlk olaraq xanımın sevgisini etiraf etməsinə münasibətiniz?
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 8 330
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri