Əsas nə eşitmək istəməyimizdir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 603
Səs ver:
(səs: 0)

alt

 

İlk dəfə idi ki, Nyu-Yorka gəlmişdi. “Göylərə baş çəkən” binalar, saysız-hesabsız insanlar onu əməlli-başlı heyrətləndirmişdi. İzdihamlı bir küçədən keçəndə qulağına haradansa doğma bir səs gəldi. Ayaq saxlayıb, diqqətlə qulaq asdı. Bu bir cırcıramanın səsi idi. Səs böyük bir mağazanın qarşısındakı çayırlıqdan gəlirdi. Yaxınlaşıb diqqətlə baxmağa başladı. Bu vaxt mağazanın satıcılarından biri onayaxınlaşıb: “Sizə necə kömək edə bilərəm?”-deyə soruşdu. “Çox sağ olun, bir şey lazım deyil. Sadəcə olaraq, mənə elə gəldi ki, buradan cırcırama səsi gəlir”,-deyə cavab verdi. Satıcı təəccübləndi və “Nyu-Yorkda cırcırama? Bu ki mümkün deyil”,-dedi. Ancaq qonaq fikrində qəti idi. Çox axtarandan sonra cırcıramanı tapdı. Cırcıramanı görən satıcı heyrətini gizlədə bilmədi və “Yəqin ki, sizin qeyri-adi qabiliyyətiniz var. Yoxsa bu səs-küydə bir böcəyin səsini necə eşitmək olar?”- dedi. Qonaq gülümsədi və cibindən xırda bir pul çıxarıb havaya atdı. Pul yerə düşən kimi səsinə onlarla adam ayaq saxladı. Artıq “son sözü” demək vaxtı idi: “Əsas məsələ insanın nəyi eşitməsi deyil, nəyi eşitmək istəməsidir”.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 603
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri