Sevmək və özün kimi olmaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 518
Səs ver:
(səs: 1)
alt

Bir çoxumuz sırf sevdiyimiz insanların xətrinə, sırf onların xoşlarına gəlmək üçün istəmədiyimiz işləri görürük.

Heç sevmədiyiniz halda bol ədviyyatlı Hindistan mətbəxinə qonaq oldunuzmu? Ya da xalq musiqisini sevdiyiniz halda onu dinləməkdən vaz keçib, heç bəyənmədiyiniz rok musiqisinə qulaq asdınızmı?
Bir çoxumuz sırf sevdiyimiz insanların xətrinə, sırf onların xoşlarına gəlmək üçün istəmədiyimiz işləri görürük. Yəqin ki “bu, həmin insanların yaxınlıq dərəcəsindən asılıdır” deyəcəksiniz. Bəli, ilk baxışdan haqlı ola bilərsiniz, ancaq mahiyyət etibarı ilə məsələnin kökü eynidir. Yaxınlıq dərəcəsindən asılı olmayaraq, bir çox hallarda özümüz olmaqdan qaçırıq. Bunu ya qarşı tərəfin sevgisini itirməkdən, yaxud da özümüz olmaqdan qorxduğumuz üçün edirik. Nəticə etibarı ilə, bizi digərlərindən fərqləndirən fərdiliklərimizdən vaz keçirik, başqası oluruq.
Başqalaşmaq heç də hər zaman müsbət nəticələr vermir. Adətən evlənmək istəyən qız və oğlan ilk dəfə tanış olduqda bir-birilərini gizləməyə çalışırlar. Hər şeylə razılaşır, sanki eyni cür düşündüklərini nümayiş etdirməyə çalışırlar. Ancaq bu, uzun müddət davam edə bilməz və etmir də. Çünki heç kim üç ölçü böyük bir paltarın içində özünü rahat hiss edə bilməz. Hər şeylə razılaşdığımızı göstərmək də, elə əynimizə üç ölçü böyük paltar geymək kimi bir şeydir.
Bu və buna bənzər problemlərin kökündə yatan məsələ bilirsinizmi nədir: özünə güvənməmək. Belə adamlar “qarşı tərəfin istədiyi kimi olmasam, o məni tərk edər. Mən onsuz yaşaya bilmərəm” düşüncəsinin daşıyıcılarıdırlar. Belələri “itirmək istəmədikləri insanla” tanış olmazdan əvvəlki həyatlarının üzərindən bir anda xətt çəkir, yeni mənlikli insan olmağa çalışırlar.
Bəzən “sənin xoşbəxtliyin mənim xoşbəxt olmağımdan daha vacibdir” kimi ifadələr işlədirik. Elə isə, sizə belə bir sual verim: siz xoşbəxt olmadan sizin sevdiyiniz insan necə xoşbəxt ola bilər? Yəni özünüzü ikinci plana atmaqla buna nail ola bilməzsiniz.
Özümüzü olduğumuzdan fərqli göstərib, “güclü” görünməyə çalışmaq əslində zəiflik əlamətidir. Yaşamaq istədiklərinizi olduğunuz kimi yaşamağa çalışın. Cildə girib nə özünüzü, nə də başqalarını aldatmağa çalışmayın. Bunu əsla və əsla xoşbəxt olmağın tək çarəsi kimi görməyin.
Göründüyünüz kimi olmaqdan və ya olduğunuz kimi görünməkdən heç vaxt qorxmayın. Əmin olun ki, sizi siz olduğunuz üçün bəyənənlərin sayı bəyənməyənlərin sayından az olmayacaq...
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 518
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri