1 cümləyə sıgan, düşüncələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 449
Səs ver:
(səs: 2)
Və qadın dəyərimi,sevgimi və ən əsası sevgisini bir "əlvida" ya sığdırdı.

Bu dünyada bir dənə həqiqət var ki, "hər şey yalandı" .

Mən səni nə xoşbəxtlikdən ağladacaq qədər mükəmməl,nə də ki,kədərdən ağladacaq qədər qəddar deyiləm.

Uşaqlar oyuncaqları ilə oynamağı xoşlayır,böyüdükdən sonra isə oyuncaq əvəzinə başqalarının hissləri,həyatları ilə oynayırlar.

Və adam hər axşam qatili olan qadının xoşbəxtliyi üçün Allaha dua edirdi.

"Bax zaman da dəyişdi,bəs sən niyə yerini dəyişmədin?" -deyərək,göz yaşlarını və qəbirin üzərindəki qarları sildi.

Gündən-günə gözəlləşən qız 'səni son nəfəsimə kimi sevəcəm' dediyi sevgilisini gözəlləşdiyi qədər də unutmağa başladı.

Pessimist dostum,sənə həyatın nə vaxtsa yaxşı,problemsiz olacağını deyə bilmərəm,ancaq sənin istəməyindən asılı olaraq,öz həyatın mükəmməl ola bilər.

Və ən sonda dediyi cümlələrin adi ədəbiyyat cümləsi hesab edilməsi ucbatından adam intihar etdi.

"Həyat" -necə də asanlıqla oxudun səndə hamı kimi;əslində 5 hərf qədər sadə anlamlıdır bu söz,əslində 1 saniyəyə və bir nəfəsə oxunacaq və 2 saniyəyə anlaşıla biləcək dərəcədə sadədirmi bu söz?!

Fərqli olduğunu qadınla ayrıldıqda etdiyi son hərəkətdə də təsdiq etməyi bacarmışdı;'səni hər zaman gözləyəcəm' cümləsini ürəyində demiş,səs telləri bu sözləri deməyə cəsarət etməmişdi;etdiyi son hərəkət isə "susmaq" olmuşdu.

"Səni sevirəm" cümləsini gördükdən sonra XXI əsri bir kənara qoyub "Leyli və Məcnun" olacağımızı düşünmüşdüm,lakin biz heç "BİZ" ola bilmədik.

"Səni son nəfəsimə kimi sevəcəm" deyən kəs onu gənclik nəfəslərində unutmuşdu.

Bu saniyə mənə lazım olan tək şey 'günah olmayan bir intihar növü'dür.

Xanım qız,Tanrıdan mənim üçün şəkərsiz şirin çay,günahsız intihar və qadınsız xoşbəxtlik istəyə bilərsən?!

Bu zamanlarda cəsəddən bir fərqim arada səsimin eşidilməsidir.


 Bütün daxili orqanlarımı əhatə edən kəs məni bir beyninə çox görüb,düşünmür.


 Bir gün gələcək unudacaqsan,ancaq təsadüfən eşitdiyin "Sən yarim idun" mahnısı,"Nəfəsim" kəliməsi,"Söz verirəm" cümləsi səni mən olan çox uzaqlara aparacaq.

Atası ola bilmədiyim qızının adını "Damla" qoyarsan,heç olmasa onu çağıranda gözlərimdə sənin yolunda şəhid olan yaş damlalarını yadına salıb xatırlayarsan məni.

Həmişə qəlbimdən "SəN" deyə gələn səs,sən getdikdən sonra "O" deyə eşidilməyə başladı.

Bir axşam beyninin dərinkilərində tozlanmış düşüncələri oyatmaq istədi və həmin gecədən sonra hər axşam səhərə qədər oyaq qalmağa məcbur qaldı.

Sən yanımda idin deyə özümü "Göyün yeddinci qatı"nda hiss edirdim,sonra sən getdin və mən heç nə hiss edə bilmədim.

Həmişə gözlərinə baxdıqda özümü tapırdım,indi isə sən yoxsan və mən özümü itirməyə yer axtarıram.

Hər birimiz tarixə sadəcə doğulduqda "kiçik adamın böyük həyata gəlişi" ilə iz qoyuruq.

"Doğulur,yaşayır və ölürük"-bu qədər sadə olan şeyi abartmağın nə anlamı var?

Varis Yolçuyevin fikrincə sevgi həyatımızın kulminasiyası,əslində isə sevgi həyatımın finalı,bitiş səbəbidir.

Sevgini "hər şey" yox, "heç nə ilə hər şey arasındakı çarəsizlik" adlandırmağıma da səbəb sən idin.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 449
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri