Unudulmur demə heç vaxt... Unudanlar var

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 796
Səs ver:
(səs: 1)
Mən sənin sonradan dəyərini bildiyinəm. Sən mənim uzaqlaşdıqca yaxınlaşanımsan

Mən sənin vicdanının qara tərəfiyəm ürəyinin qabıq bağlamayan yarası içini rahat buraxmayanınam.

Mən sənin gözündən axan damla ürəyindən gələn hirs beynində rahat dayanmayan "kaş ki" nəm.

Mən sənin baxıb xatırladığın geri ala bilmədiyin zamanınam.
 
Sən mənim utancımsan. Üzləşməkdən qaçdığım amma bir güzgü kimi qarşımda dayanan gizləndiyim,gözlərimi qapadığım utancımsan.

Sən mənim tükənən kəlimələrim qəlbimin beynimə söz keçirə bilməmə səbəbisən

Sən mənim ürəyimin ilk atışı .Mən sənin ürəyinin sonuncu atışıyam

Yaxşıyam mən... Bir az üzüldüm sadəcə. Qəlbim qırıldı, bir sevinc öldü içimdə amma mən yaxşıyam. Toxunmadigim, görə bilmədiyim, necə sakitləşdirəcəyimi bilmədiyim bir acı gəzdirirəm bu aralar ürəyimdə. Lənət olsun ki yaxşıyam mən, hələ nəfəs alıram.. !
 
Yoruldu qadın . Güclü olmağa çalışmaqdan . Hər gecə unutmağa çalışmaqdan . Hər sabah xatırlamaqdan , yoruldum.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 796
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri