Bir kişinin "Səni Sevirəm" deməkdən başqa sevgisini göstərə biləcəyi 9 içdən hərəkət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 291
Səs ver:
(səs: 0)
Səmimiyyət çox gözəl şeydir. Yalnız sizi yaxşı hiss etdirdiyi üçün deyil, hər zaman əldə edilə bilən bir duyğu olmadığı üçün. Kişilərə qadınların nəyi səmimi qəbul edib etmədiyi hər zaman maraqlı olub. Bu məsələdə çox vaxt sinifdə qalmısınız yəqin ki. «Səni sevirəm» cümləsi çox şey ifadə edə bilən və əhəmiyyətli bir cümlədir amma bütün sevginizi, səmimiliyinizi bu iki sözlə ifadə etmək biraz çətindir. Sevdiyiniz qadına olan səmimiliyinizi göstərə biləcəyiniz şeylər:

1. Ona yemək bişirin.
Əvvəla hər kişinin yemək bişirə bilməsi lazımdır. Usta bir şef səviyyəsində olmasa da, öz özünü idarə edə biləcək qədər mətbəx biliyinə malik olmalıdır. Öz yeməyinizi bişirmək daha etibarlıdır. Ən azından içində nə olduğunu bilirsiniz. Sevgiliniz üçün bir yemək bişirmək isə çox düşüncəli və onu xoşbəxt edə biləcək bir davranışdır. Masanı hazırlayın, şamları yandırın, bir də xoş və şirin bir musiqi oxusun arxa planda… Sonra isə yeməyinizi yeyin. Bir az romantizm yaxşı şeydir.

2. Birlikdə ulduzlara baxın.
Səma və ulduzların inanılmaz rahatlatıcı bir təsiri var, bir də bu təcrübəni sevdiyiniz adamla yaşadığınızı düşünün. Tamamilə çox səmimi və gözəl bir gecə olardı.

Bahar gəldi, havalar isinməyə başlayır. Birlikdə piknikə gedin, hava qaralmağa başlayanda da uzanın otların üstünə və yanınızda bütün qəlbinizlə sevdiyiniz şəxsdən başqa heç bir şey düşünməyin.

3. Birlikdə səyahət etmisiniz?
Maşınınıza minin, maşınınız yoxdursa iki nəfərlik avtobus biletinizi alın və birlikdə səyahətə çıxın. Hər nə qədər uzun səyahətləri təklif etsək də, qısa olması da bir problem deyil. Onsuz da əhəmiyyətli olan onunla birlikdə yeni yerlər kəşf etməyinizdir. Həmçinin, birlikdə səyahət edərək gələcəkdə danışacağınız bir sürü unudulmaz anı da yığmış olarsınız.

4. Evinizdə ona bir yaşam sahəsi verin.
Uzun müddətli münasibətlərdə qadınlar kişilərin onlara belə səmimi davranışı qarşısında sanki məst olurlar. Ən sadəsi, sevgilinizin də bir siyirtməsinin olması, onu həyatınızda qəbul etməyə hazır olduğunuzun kiçik amma şirin bir göstəricisidir. Həmçinin, ona bir açar vermək nə qədər əhəmiyyət verdiyinizin bir işarəsi ola bilər.

5. Ehtiyacı olduğunda onu qoruyun.
Əslində, özünü qoruya biləcək bir çox qadın olduğu kimi, özünü qoruya bilməyəcək bir sürü kişi də var…

Lezbiyen ya da biseksual seçimlərdən fərqli olaraq, heç bir tək qadın çətinliklərə birlikdə sinə gələ biləcəyi bir kişiyə xeyr deməz yəqin ki. Həm onu anlayan, həm də onu sevib qoruyan birinə…

Qadınların özlərini qoruya bilməyəcəyindən bəhs etmirik, ancaq yenə də onun üçün mübarizə edən birini görmək belə onları xoşbəxt etməyə yetər.

6. Sizi xəstə edəcək olsa belə, yanında olun, əlini tutun.
Səmimi davranışlar yalnız həyatın həmişə gözəl olduğu anlarda ortaya çıxacaq deyə bir şey yoxdur. Tərli, çirkli vaxtlarda, ya da burun axıntıları olanda, heç qəribə qarşılamadan və eqoist davranmayaraq onun yanında olduğunuzu hiss etdirməlisiniz. Bəlkə, isti şorba bişirərsiniz, yataqdan çıxmırsa bacardığınız qədər ev işlərinə kömək edin. Ya da, baş ucunda dayanıb ən böyük dərman olan sevginizi verə bilərsiniz. Bu iki tərəfi də hər zaman xoşbəxt edər.

7. Ailə ilə tanış olun.
Uzunmüddətli münasibətlərdə qaçılmaz bir haldır bu. Filmlərdə, seriallarda çox qorxunc təqdim edilsə də, əslində çox şirin bir hadisədir. Sevgilinizin ailəsiylə tanış olmağınız, həm ailəsinə, həmdə ona dəyər verdiyinizin əyani sübutudur. Sadəcə siz onun ailəsiylə tanış olmayın, həmçinin onu ailənizlə tanış edin. Sevincinizi bölüşmək onu azaltmayacaq, əksinə daha da artıracaqdır.

8. Birlikdə gələcək haqqında planlar qurun.
«Səni sevirəm» cümləsi heç də önəmsiz bir cümlə deyil… Amma əgər onun gələcəyinizdə yanınızda olmasını istəyirsinizsə, bu cümləni qurun. Birlikdə gələcək planları qurmağınız, onu həyat yoldaşınız kimi görmək istədiyinizi, bəlkə uşaq istəyinizi dilə gətirməyiniz, iki tərəfi də münasibətlərin gözəlliyinə dair xoş təsəvvürlər yarada bilər. Sevgiliniz də, sizin onunla həqiqətən gözəl bir gələcək arzu etdiyinizdən xəbərdar olub xoşbəxt olacaqdır.

9. Onu heç yalnız buraxmayın. Bir ömür yanında olun.
Sözlər uçar gedər… İnsanlar hər zaman nə sözlər demirlər ki? Sözlər veririk, tutmuruq, yalanlar deyib, fikrimizi dəyişdiririk. Amma səmimiyyət belə bir şey deyil, olmamalıdır. Möhkəm, sıx yaşayış inşa etmək, bu etimad mühitini yaratmaq, qarşılıqlı anlayış yaratmaq illər ala biləcək bir prosesdir. Yəqin ki, bir cütlük arasında keçən ən səmimi an, illər sonra geriyə dönüb baxanda bir-biriləri üçün nələr etdikləri və sonra üzlərində görünən isti gülümsəmədir.

Sevgi önəmli bir şeydir, tapdığınız zaman əsla itirməyin!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 291
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri