Gülümsəmək üçün səbəblərim o qədər azaldı ki

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 067
Səs ver:
(səs: 3)
Gülümsəmək üçün səbəblərim o qədər azaldı ki; əvvəlki qədər gülmürəm artıq. 
Yoldaşlarım belə fərqinə vardı səndən sonrasını. "Sənə bir hallar oldu" dedilər, "yoxdu heç nə" dedim ötürdüm. 
Halbuki içimdəki yanğınları bilmir onlar. Bilmirlər, mən dərin atəşlərə baxmayaraq niyə artıq yağış altında getmirəm. Baharda çətirsiz gəzmirəm.
Axşam daha tez olur sənsizkən. 
GüLümsəmək üçün səbəbLərim o qədər azaLdı ki..
Eve keçirəm dərhal. Kompüteri açıb, internetə daxil oluram bir az. Sənin yerini tutmayacaq bir neçə yeni insan tanıdım, onları dinləyirəm içimdə qalanları susduraraq. Bir az da televiziya izləyirəm, ruhumdakı qırğını görməməzlikdən gəlib. Yəni anlayacağın, vaxtımı gərəksiz işlərdə sərf edirəm. 
Amma erkəndən yatıram, uzun-uzun telefon danışıqlarım yox deyə. Səhər daha gec oyanıram və işə hər gün gecikirəm. Üstəlik gediş yolumu da dəyişdirdim. Sakit amma uzun bir yol tapdım, oradan gedirəm hər gün.
GüLümsəmək üçün səbəbLərim o qədər azaLdı ki.. İki ay əvvəl siqaretə başladım.
Fotoşəkil çəkməyi də buraxdım səndən dərhal sonra. 
Hər şey eyni rəng kimi onsuz da, diqqətimi çəkmir heç bir gözellik. Bir tək bu yaxınlarda dayanacaqda gözləyərkən, kiçik bir uşaq mənə baxıb gülümsədi. əyilib yanaqlarından öpmək istədim, amma ağlıma sən gəldin, ağladım heç kəsə diqqət etmədən. 
Qaçdım uşaqdan, bir sonrakı dayanacağa qədər getdim. 
İndi yalnız bu tanış olduğumuz yerlərə gedirəm o aralarda. 
Sənin heç sevmədiyin növdə və əsla oxumayacağım kitablar aparıram. Dükançı qız səni soruşur məndən, "daha gəlmədi" deyirəm, o da kədərlənir yoxluğuna.
Akvariumdakı balıqlar belə öldü sən yoxkən. 
GüLümsəmək üçün səbəbLərim o qədər azaLdı ki..
Üstəlik ilk, sənin aldığın o qara ləkəli "canlı" getdi. 
İndi evdə məndən başqa canlı yox, bu çirk pasak içində yaşayan kiçik bakteriyaları ve balkona yuva quran mövsümlük göyərçinləri saymazsaq. 
Ev sakit, səssizdir ümumiyyətlə. Mən əvvəlki musiqi dinləmirəm onsuz da. Aylardır yeni bir albom belə almadım. Köhnələri isə dostlarıma hədiyyə etdim. 
Mənə sevgililər gününde hədiyyə etdiyin cib telefonunu da satdım. Əlim hər getdiyində, üzümə hər toxundurduğumda  bədənini xatırladırdı, ürəyimə batırdı musiqi notları.
Həyatımdakı hər şey sadələşir zamanla. 
Günəşin batışını izlədiyimiz o pəncərənin pərdəsi belə həmişə eyni şəkli alır. Qaranlıq erkən çökür otağıma.
Zamanla hər şey dəyişir içimdə və xaricimdə. 
GüLümsəmək üçün səbəbLərim o qədər azaLdı ki..
Saçlarımı artıq diger istiqamətə darayıram. 
Artıq həmişə çox daha qısalar. Böhranı bəhanə edib, maaşıma artım etmədilər bu il. Bunu belə düşünmürəm. 
Heç bir şeyi düşünmədiyim kimi. Reaksiyalarımı itirdim sanki.
Ağlaya bilmirəm belə. Amma belə yaxşıyam sanki.Bunları niyə sənə izah etdim bilmirəm. 
Amma bilməyini istədim "səndən sonra"sını. 
Bəlkə yaratdıqlarınla qürur duyarsan, bəlkə də bir incə sızı meydana gələr o qalın vicdanında. 
Amma nəticədə həyat ikimiz üçündə davam edir, sənin istədiyin kimi fərqli yollarda.
Ümid edirəm hər şey sənin üçün daha gözəl olar.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 067
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri