Bəlkə çətindir unutmaq, bəlkə də asan.. Bəs gözlərin ağlıma gələrsə?..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 109
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/2012-01-28/1327734408-435.jpg

Gedərsən sən də bir küləklə.. Əsib keçərsən qapımdan
Və bədən qoxun, əllərin buraxar məni.. Bir qağayı olar tərk edərsən diyarlarımı
Get.. Durma get
İstədiyin budursa get.. Amma..

Ya gözlərin ağlıma gələrsə?

Gedərsən sən də tökülən yarpaq kimi.. Düşərsən ağaclardan asta-asta
Düşünərsən arxandaki sənsiz də edəcək
Elə hiss edərsən..
Bəlkə çətindir unutmaq bəlkə də asan.. Çətin deyil əslində.. Asan da deyil

Ya gözlərin ağlıma gələrsə?

Gedərsən sən də bir gün bəyazlar içində
Bir zamanlar mavi dəniz və göy üzü ilə məni buraxıb getdiyin kimi
Son dəfə baxdığın baxışların hələ də gözlərimin önündədir..
Ürəyim tək səni sevdiyində.. Və bülbüllər yalnız sənə söylədiyində
Gedə bilərsən.. Durma get
İstədiyin budursa get.. Amma

Ya gözlərin ağlıma gələrsə?

Gedərsən sən də əlbət bir ürək hüznü ilə
Dağlar, dənizlər , ardından qan ağlayar..
Qırmızı gördüyüm quşların tükləri ürpərər ardından
Gedərsən, əllərini də apararsan
Get.. Durma get
İstədiyin budursa get.. Ya bu canım əllərini istəsə?

Ya gözlərin ağlıma gələrsə?.. Buna necə dözərəm?..

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 109
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri