Getdin...

Müəllif: Catwoman666
Şərhlər:
Baxılıb: 649
Paylaş:
Səs ver:
(səs: 4)
GETDİN...
Mən arxandan sadəcə baxdım,amma deyiləcək o qədər sözüm var idi ki,sənə."Gedərsən yaxşıya aid nə varsa içimdə yox edəcəyəm.Gedərsən sönəcək içimdəki atəş və bir daha heç bir kəs yandıra bilməyəcək.Gedərsən qaranlığa məhkum edəcəyəm günlərimi,və o qaranlıda yolumu itirəcəyəm" deyəcəydim sənə.Deyə bilmədim....

GETDİN...
Gedişini görməmək üçün gözlərimi yumdum.Amma yandı içim.Tutub qollarımı ayırsalardı bədənimdən bu qədər yanmazdı canım.Acım göz yaşı olub axmalıydı gözlərimdə.Ağlaya bilmədim.

GETDİN...
Getmə deyə tutmaq lazım idi əllərindən.Əllərim deyilmiydi əllərini hər tutduğunda ürəyini titrədən?Bilirəm yenədə titrəyərdi ürəyin.Bir dəfə toxunsam,bi dəfə tutsam əllərindən,Getmək üçün yığdığın bütün cəsarətin itəcəkdi.Tuta bilmədim.

GETDİN...
Bir dağıntı kimi idi gedişin.Sən addım addım uzaqlaşarkən məndən.Yıxılıb qaldı bədənim olduğu yerdə.Bu qədər zəif insan deyildim mən qalxmalıydım.Qalxa bilmədim.

GETDİN...
Halbuki,gəldiyin gün gedəcəyini bilirdim.Hazırdım gedişinə,həyatdan oğurladığımız zamanları yaşayırdıq və o zamanlar bitəcək sən isə gedəcəkdin.Və mən sənin gedişindən sonra həyatıma qaldığım yerdən davam edəcəkdim.Davam edə bilmədim.

GETDİN...
Bir söz dedinmi gedərkən? "Qal" deməyimi istədinmi?,Son bir dəfə "səni sevirəm" dedinmi?,"Bəlkə bir gün qayıdaram" deyib bir ümid verdinmi?.Eşidə bilmədim.

GETDİN...
Hara getdiyin vacib deyildi.Minlərcə kilometir uzaqda olsan,iki üç metir yaxınımda olsanda artıq fərqi yox idi.Artıq mənim deyildin və bu düşüncə məni öldürürdü.Xilas olmalidim səndən,sevgindən.Ola bilmədim.

GETDİN...
Səni unutduğum insanların arasına qatmalıydım.Xatirələrini bir sandığa qoyub,həyatın bir ucundan tutmalıydım.Bu sevgiyə nöqtə qoymalıydım.Qoya bilmədim.

GETDİN...
Bilki,səninlə birlikdə sevdanıda daşıyacağam ürəyimdə.Bilki,səni heç unutmadım.
 
P.S. Cümlələrin müəllifi mən deyiləm.

loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 649
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook