100% etibarlı aşiq etmə sənəti

Müəllif: aliceWOnDer
Şərhlər: 6
Baxılıb: 4 112
Səs ver:
(səs: 1)
Onu özünüzə necə aşiq edə bilərsiniz?
Sevgi qarşısını alınmayacaq qədər güclü, arzular qədər ümid doğuran bir hissdir. Hər sevənin arzusu sevdiyi qədər sevilməkdir. Bəzən sevgilər qarşılıqsız olur. Sevdiyiniz insan sizi sevmirsə bunu özünüzə dərd etməyin.
Yaxınlaş və ya geri çəkin
Sevgi gözlərdə başlar… Təsirli bir göz mənası, doğrudan doğruya şiddətli sevgi hissləri oyadır. Bu üsul insan beyninin bir bölgəsini hərəkətə gətirir və o anda beyin belə bir qərar alır: yaxınlaş və ya geri çəkil. Göz mənası ilə ovunuzda qorxuya bənzər həssas bir hal yaradıb, o insanın aşiq olma hissinə qapılmasına səbəb ola bilərsiniz.

İri gözlər
Mənalı baxışların uğurlu alınması üçün iri gözlərin rolu əvəzedilməzdi. Yəni göz bəbəkləriniz nə qədər iri olsa, baxışlarınız bir o dərəcədə təsirli olacaq. İri gözlər daha romantik görünür və sevgi etirafı üçün əlverişli vasitələrdən biri sayılır.

Qorxu filmi
Dramatik bir oyun, qorxulu film, ya da bir konsert… Qorxu və ya həyəcanı paylaşmaq insanları bir-birinə yaxınlaşdırır. Onunla birgə qorxulu film izləyin. Nəticə uğurlu alınacaq

Əllərə diqqət
Söhbət zamanı ovuclarının içini sizə doğru yönəldirsə, bununla sizdən xoşlandığını bildirmək istəyir. Çünki bu "Təslim oldum” deməkdir. Yəni yaxınlaşa bilərsiniz. Sevdiyiniz insana toxunarkən əllərinizin yumşaq və təmiz olmasına fikir verin. Əks halda, xoşagəlməz halla rastlaşa bilərsiniz.

Bənzərlik
Aşiqlər həm bənzərlik, həm də fərqlilik axtarar. Bənzərlik qurmaq üçün söhbətinizdə "biz” sözündən istifadə etmək önəmlidir. Söhbət edərkən onun seçdiyi kəlmələri seçmək də önəmli sayılır.

Şık geyim
Geyiminizin şıq və təmiz olması ilə sevdiyiniz şəxsin diqqətini çəkə bilərsiniz. Çalışın geyiminizdə onun sevdiyi rəngdən və üslubdan istifadə edəsiniz. Qara rəngdən nə qədər az istifadə etsəniz, bir o qədər yaxşı olar.

Allah bütün sevənləri xoşbəxt eləsin!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 112
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri