Ona de ki, "Xoşbəxtəm"

Müəllif: Meleknur
Şərhlər: 5
Baxılıb: 2 156
Səs ver:
(səs: 2)
Ona de ki, xoşbəxtəm, yalan danış adımdan. De ki, əsər qalmayıb Sən gördüyün qadından. De ki, hec əskik olmur üz gözündən səadət. Səni coxdan unudub, "xoşbəxt” olub nəhayət. Nolar ona demə ki, onsuz dəli olmuşam. Arzuları bəhrəsiz yarıyolda qalmışam. Adımı çəkmə nolar, adımı da anmasın. Mən bitdim, hec olmasa onun qəlbi yanmasın! Məni ona tanıtma, Qoy məni "günah” bilsin. Mən min dəfə ölürəm, qoy o bir dəfə ölsün. Gözlərinə çoxlu bax, gör yenə də sevirmi? Soruşsa, mən hardayam, Nolar, demə yerimi! Əziz dost, son xahişim.. tut onun əllərindən, Mənə qoxusun gətir qoy ətri gəlsin səndən! Ona de ki xoşbəxtəm, yalan danış adımdan. De ki, əsər qalmayıb sən gördüyün qadından.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 156
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri