Mən gənc deyiləm ki...

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 1 919
Səs ver:
(səs: 1)
İnsan ömrünün ən gözəl ,ən şıltaq çağlarıdır gənclik dönəmi. Yaşanmaqdan doyulmayan ,həsrətinə öyrətməyi sevən nisan yağmuru kimi mənalı, amma qısadır o. Necə gəlib getdiyindən heç xəbərimiz belə olmur .Sevginin, eşqin dilə gəlməsi, qönçələrin çiçək açması,dodaqlara qonan təbəssümün çəhrayı rəngi ,çılğınlığın, ehtirasın zirvəsi, duyğuların kuliminasiyasıdır.

Belə deyirlər. Bir də onu deyirlər ki, geridə buraxdığımız illəri qaytara bilməsək də onlardan qalan xatirələrdir təsəllimiz.

Ehhhh...xatirələrmi? Hardadır, kiminlədir, ünvanı yoxmu ?Ona qovuşmaqçün bütün keşməkeşlərdən keçmək istərdim.
Amma, yaşanmamış ayın, günün, saatın xatirəsi olmaz ki . Keçmədiyim yollarda olmayan izim kimi.
Deyirlər ki, həyat gözəldir ,əgər gözəl baxa bilsən .Bəs onda gözəl baxışlarımın ardından süzülüb gələn çirkin əzablar nədir?
Üsyan etmə ,ürəyim !Siz də sızıldamayın, emosional hisslərim! Səbr edin, sadəcə və sadəcə səbr sizi özünüzə və insanlığınıza qaytaracaq .

Ey könül,
Pıçıldama mənə dərddən,
Qeybet etdin sən əzəldən,
Getdi qatar bax o gündən,
Gedən gedər, geri dönməz,
Məni məntək kimsə bilməz,
Dünya məsləhət dünyası,
Hərə bir'' nəsihət ''verər,
Çoxdur dərdlərin cəfası,
Çəkən bilər, çəkən bilər,
Eşqə düşüb sol yanımda
Ağrılarım məni'' sevər''.
Əyər həyat, qəddim əyər.

Mən gənc deyiləm ki. İllərdimi yaşımı müəyyən edən? Niyə, görəsən, yaşantılarımızla ölçmürük həqiqi yaşımızı? Nə çox sualları var həyatın. Nəhayətsiz və sonsuz .
Mənə-''Gəncsən, həyatı bilmirsən, təcrübəsizsən''- dedilər. Rişxənd edib, güldüm .''Məni tanıya bilmədiniz''- dedim.

Ürəyimdə çox sözüm var,
Ocaqda yanan közüm va,r
Nə gecəm, nə gündüzüm var,
Erkən bitdi niyə bahar?

Müəllif: Günel Yağmur
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 919
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri