Yoxluğuna tapşır məni

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 2 196
Səs ver:
(səs: 2)
Bir də yaşamı qürur üzərinə qurulmuş insanlar var..

Harama bulaşan gözlərin, gözəlliyimin oğrusudu.

Ən mənasız şeylərə belə saatlarla gülə bildiyin dostların varsa xoşbəxtsən =)

+ Səni heç vaxt buraxmayacağam
- Köhnə sevgilimin fragmanı kimisən

Bir vaxt gözlərimdən öpərdin mənim, indi gözlərimə görünməyirsən..

Danışdıqları yalan deyilmiş kimi üzümə baxdı, söhbəti dəyişib ``Hardan gəlirsən?`` dedi. ``Görməməzlikdən gəlirəm`` dedim, ``görməməzlikdən``

Yoxluğuna tapşır məni.

Ən gözəl musiqi Onun səsidir ^^

Sanki, musiqini daha yaxşı başa düşək deyə yaşayırıq gecəni..

Bahalı, brend ətirləri bir kənara qoyun. İnsan güvən qoxmalıdı..

Sonra: Sənmişsən kimi sarılıram yastıqlara.

Bəlkə hər kəs sevə bilər, darıxa bilər. Amma hər kəs gözləməz.

Onu qısqanarkən məntiqimi bir yerlərdə unuduram.

Necə başa salım? Ən çox danışdığın adamın daha sonralar heç danışmadığın adam olması, həyatın sənə oynadığı ən bərbad dilmin, ən can alıcı səhnəsidir.

Beşinci günlər gözəldir, çünki ondan sonra şənbə və bazar gəlir =)

Məsafə qorxunc bir şeydir, darıxırmı, unuturmu bilməzsən.

Sən? Mən? Gedək mi xoşbəxtliyə ?

Sevgilərin qanunu budu. Hər zaman arxamızda, yanınımızda olanı yox, bizi süründürəni sevirik.

Qulağdan qəbul edilən tək narkotik, musiqidir

Bəzən gözləmək, qaçmağdan belə çox yorur insanı.

Mənim sabahım ol, ümidim deyil.

Qucaqladığın insan sevdiyinsə, bütün dünyanı qucaqlamış olursan.

Hər sevginin bir mahnısı var.

Xəyallarıma ən çox sən yaraşırsan.

Sən bilməzsən məqsədin olmadan həyata davam etmək nədir deyə..

Günəşə aşiq bir qadın yağışı diləyirsə əgər, demək ki sən yoxsan

Başını yastığa hər dəfə qoyduğunda ağlına o gəlirsə, sən də yastıqsız yat, onuda mən deyim?

İlk görüşümüzdəki kimisən. Qorxaq.

Yuxun gəlmir deyə gözlərini günahlandırma. Bəlkə də gözlədiyin yuxu deyil.

- Sevirəm bu mahnını
+ Boş ver mahnını, məni sev

Sevgi məsafə səbəbindən deyil, şübhə səbəbindən ölür.

Nə çox ağladım mən. bir damla yaş tökmədən.

İçimdəki səs belə sənə aşiq, gecə olunca hey səndən danışır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 196
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri