Sonsuz sonlar hazırlayar özünə və bitər bir anda

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 282
Səs ver:
(səs: 1)
Bir əlindən tutmuşluq, yağışda islanmışlıq yox ortada;
Amma bir həsrətlik içimdə, bir özləmişlik..
Bir gecəlik deyil də, bir ömür sevmişlik bu.

Göz görə-görə peşmançılığı qucaqlayar insan,
Və dərin dərdləri bəsləyər qəlbində,
Və incə ipə bağlı ümüdləri..
Sonsuz sonlar hazırlayar özünə və bitər bir anda..
 
Və mən unudulmağa məhkum verilən söz,
Qadağan olunmuş müəllifsiz kitab,
Və hər gecə qaranlıq otağı bürüyən sözləri yazılmamış o musiqi ..
Sadə görünən qarmaşıq bir insan portreti sadəcə..
 
Əslində nə qadınlar gedər, nə də adamlar.
Gedən bədənlərdir sadəcə, ruhən qalıcıdır insanlar.
Xəyanət edən bədənin cəzası tərk edən bədənlər,
Xəyanət edən ruhun cəzası isə yoxdur..
Bir baxış və sevgidən bir qığılcım yenidən döndürər o bədənləri.
Heçnə olmamış kimi ..
 
Və uçurumun tam kənarından başlar bəzi yollar,
Tam da düşdüm deyən zaman ağac budaqları qollarınız olar..
Niyə mi ? Çünki hələ yaşanacaq çox intihara cəhtlər var,
Ağlayacaq göz yaşları və güləcək təbəssümlər..
Hər səfərində gecədən sonra səhər var,
Qaranlıqdan sora günəşli günlər.
Bunları yaşayaraq görmək varkən unut o uçurumları dostum .. Unut ..
 
Bu son deyildir bəlkə , hələ ruh bədəni tərk etmədikcə ümüdlər ölməz bəlkə də ..
Okeanın o tayında, bilinməyən dağlar ardında, hündür şəlalələr altındadır bəlkə o son tükənməz ümüd..
Kim bilir ? Gün bitmədən nələr başlayar ..

Ruhumda ki bu səslər susmaz əsla.
O gecələr oxusa da bağır-bağır, gündüzlər bağır-bağır susur ..
 
Sanki onun gözlərindən günəş başqa rəngdə, başqa səmtdən, başqa gözəlliklə doğulur..
Yaşayan hərşey onun gözlərində gözəlləşir, heç tükənmir və yenidən-yenidən başlayır hərgün.
Bəlkə mən onu gözümdə çox böyüdürəm ?
O qədər də mükəmməl deyildir bəlkə də..

Sadəcə bir nəfər üçün eşidmək,
Bir nəfər üçün görmək,
Sadəcə onu danışmaq sevginin hansı dərəcəsidir ?
Başqlarının dedikləri sadəcə sözkən, yalnız onun dedikləri bənzərsiz əsər kimi gələr sizə ..
Və siz sevməyə davam edərsiz, korcasına..
Lalcasına.. Karcasına ..

Dərdi nədir bu insanların ?
Yalnızlıq mı? Kimsəsizlik mi ? Tükənmişlik mi ?
Yoxsa sadəcə yaşamağa əringənlik mi ?
Ölüncə bitər mi bu dərdlər ? Yoxsa dərdlər bitincə mi ölər insan ?
Hərkəs bir tərəfdə bir dərdin ucundan tutub susur..
Susduqca daha dərin suallar, daha yoxsul cavablara batır ..
Dəniz, dərya tutmur cavabsızlığı..
Ağıl, beyin almır bu laqeyidliyi

Yağışdan sonra torpaq qoxusu bəzən varlığın,
Bəzən də zəhərli ilan həsrətin.
Günəşdən qaynar, sudan saf sevgilim;
Yaraşmadı bu xəyanət o teninə..

Bakı`nın dörd bir yanına dağılmış məzarlarım var , onunla yeridiyim küçələrdə ...

Bilirəm geri dönsəm yenə sevərəm səni , amma bu intiharı ailəmə necə açıqlayaram onu bilmirəm ...
 
Müəllif  :  Düşünən Dəli
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 282
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri