Sən doğru deyirsən

Şərhlər:
Baxılıb: 780
Paylaş:
Səs ver:
(səs: 3)
Deyirsən mən gedirəm,
Sən daha yaxşısına rast gələcəksən, buna əminəm..
Deyirsən mən uzaqlardan gələn qonaq idim sadəcə, indi tərk edirəm.
Deyirsən narahat olma, o məndən də yaxşı olacaq.
Deyirsən məndən də səmimi olanı var,
Mən kiməm ki onların yanında.
Deyirsən o məndən də qayğıkeş davranacaq səninlə,
O məndən də üstün olacaq xoşbəxtlikdə.
Deyirsən sən səhv edirsən, mən mələk deyiləm,
Gözlərimə vurulub, ağlını aldatma boş yerə.
Əslində gözlərin məndən başqasını görmədiyi üçün elə düşünürsən,
Bəyaz geyimimə aldanma..
Sən səhv edirsən,
Mələk gözə görünmür, amma sən məni görürsən.
Demək mən yox, əslində sənin görə bilmədiyindir mələk.
Mən sadəcə qarşına çıxan zəif hisslərinəm..
Deyirsən sən mənim ən gözəl xəyalımsan,
Yox bu fikirlə də razı deyiləm.
Gerçək olmayan xəyallar axı gözəl ola bilməz..
Deyirsən heç kim mənim kimi deyil,
Bax sən yenə səhv edirsən.
Ya mən çox sadəlövhəm, ya da sənin baxışların məsumdur.
Deyəsən ilk dəfədir itirirsən qazanmaqdan qorxaraq,
Deyəsən ən böyük yaran gül tikanının izləri olub..
Deyəsən elə sən də məni düzgün sevmirsən.
Bəlkə də saçlarım fikrini dağıdıb,
Ya da yox, bəlkə də gözlərim aldadıb səni..
Nə fərqi, mən yaxşı bilirəm,
Sən məni dəqiq sevmirsən..

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 780
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv