Ürək düşünə bilsəydi, döyünməkdən əl çəkərdi

Müəllif: my_angel
Şərhlər: 8
Baxılıb: 2 046
Səs ver:
(səs: 4)
Namaz qılmağa hazırlaşan atamı görüncə:
"Ata, mənim üçün də dua elə” dedim. Atamın cavabını heç vaxt unutmaram:
- Bəs səni soruşsalar haradadır deyim?
Nazim Hikmət

Bir varlı bankirdən soruşurlar:
- Sizin varlı olmağınızın sirri nədədir?
- Səbr və ancaq səbr
- Mən sizə o qədər iş deyərəm ki , orada səbr etməklə heç nəyə nail olmaq olmaz.
- Misal üçün hansı?
- Məsələn deşik qabda su aparmaq
- Qışda suyun donmağın gözləyin..

"Müəllimlərin maaşını nə qədər artırsanız yəqin ediniz ki, bundan bir şey itirməyəcəksiniz, çünki bizim varlığımız və gələcəyimiz ancaq müəllimlərin əlindədir. Müəllim nə qədər ac olsa, nə qədər gözü ətrafda və özgə əlində olsa, əlbət ki, o müəllim bir şey verə bilməz və o məktəbdən bir şey çıxmaz."
Nəsib bəy Yusifbəyli

Bir gün Bəxtiyar Vahabzadə məclisə tələsirdi. Amma əlindəki bazarlığı da evə verməli idi. Məhlədə qonşusunu görür:
- Qonşu, evə gedirsən?
+ Bəli.
- Zəhmət olmasa bu çantaları da bizə verərsən?!
+ Evdə kişi var?
- Qapını döyən kişi olsun. Evdə kişi olub-olmamasının fərqi yoxdur.

Ürək düşünə bilsəydi, döyünməkdən əl çəkərdi
-Fernando Pessoa

Allahın sonsuz hökmdarlığını bilənlər üçün ümidsizlik yoxdur.
-Caner Taslaman-

"İnsanlarla münasibətin odla münasibətin kimi olsun; çox uzaqlaşma donarsan, çox yaxınlaşma yanarsan!.."
| Şeyx Sədi Şirazi |

Bir dəfə məhşur italyan bəstəkarı Coakkino Rossinidən (1792-1868) soruşurlar:
- Sizin dostlarınız varmı?
- Əlbəttə, var, məsələn, Rotşild və Aquado.
- Onlar ki, milyonçudur. Yəqin ki, onlardan borc almaq ümidi ilə dostluq edirsiz
- Xeyr, əksinə. Məndən heç vaxt borc almasınlar deyə.

Həyatdakı ən gözəl şey, bütün qüsurlarınızı bilməsinə baxmayaraq, sizin hələ də möhtəşəm olduğunuzu düşünən birinin olmasıdır...
Ernest Hemingway
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 2 046
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri