Eşqi səninlə yaşamaq, eşqi səndə tapmaq istəyirəm...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 078
Səs ver:
(səs: 0)

alt

 

Ey Sevgili!..

Eşqi səninlə yaşamaq, eşqi səndə tapmaq istəyirəm...
İndi səndən uzaqda, həsrətəm sevginə... Sənə qovuşacağım yollar çox uzun gəlir mənə... Çıx gəl artıq... Sevindir qəlbimi...

Elə istəyirəm ki, həzin-həzin yağış yağsın, sən gələsən və səninlə əl-ələ yağışın altında gəzək... İki xoşbəxtlik birlikdə yaşansın... Təbiət yağışına, mənsə sənə qovuşum...

Sənə qarşı elə böyük sevgi bəsləyirəm ki, qəlbimdə anlatmağa belə qorxuram... Heç yaşamadığım hissləri, duyğuları yaşayıram... Göylərdəyəm sanki...
Sənə "Səni Sevirəm" desəm də ovutmur məni... Bu dəyərli söz belə sənə olan sevgimi anlatmağa yetmir...

Bəlkə də bu duyğuların bu qədər saf, təmiz olması sənin insanlığından irəli gəlir... Elə yaxşısan, elə anlayışlısan, elə sevgi dolusan ki, ayırmısan məni bu yalan dolu dünyadan...

İlk dəfədir yaşayıram bu möhtəşəm hisləri...Mən sənə bütün qəlbimlə aşiq olmuşam...

P.S: Qəlbiniz hər zaman saf və gözəl sevgiylə dolsun...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 078
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri