Çox sevmək bəs etməz, mühüm olan gözəl sevmək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 912
Səs ver:
(səs: 3)
Xatırladığınız hər anınız hekayənizin bir parçasına çevrilər,
Unutduğunuz bir saniyəniz belə gecələr qorxub oyandığınız kabuslara yol açarkən.

Və şairlər hər mövsüm kar ağlayar.

Qadın,sevilmədiyini anladığı gün çobanyastığlarını sevd.

Çox sevmək yetməz. Mühüm olan gözəl sevmək.

Mən,xəyalpərəstəm;
Qurduğum xəyallarım ulduzlardan çoxdu.
Siz,qəddarsınız;
Qırdığınız xəyallarım ulduzlardan azdı,
Çünki qırıldıqca xəyallar,mən daha çox xəyalpərəstəm.

Yar yarası;
Can alası dərtdir,ürək sökəsi bəla..
Əvvəli bəlli sonu yoxdur,
Bir bənzəri,əmsalı yox qəlbindəki sancıların..
Unutmaq mı? Ağlınızdan belə keçməsin.
Unutmağın da bir yolu yoxdur!

Mən "tez unudulan insanlar" siyahısındanam
İntihar məktubu oxunmadan cırılan.
Qarğışları sırğa edib qulağıma taxmışam,
Amma mən sənin üçün bu şəhərdə ən çox darıxan adamam.
Ölüb getməyim elə də narahat eləmir məni sevgili,
Onsuzda mən, tez unudulanlardanam.
Yaşasaydım əslində, bir-iki artıq nəfəsin ziyanı olmazdı.
Sadəcə, elə gözəl ağlayırsan ki, lap elə ölməyim gəlir.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 912
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri