Sildim...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 237
Səs ver:
(səs: 3)
Sevdim... Səni dəli kimi sevdim. O qədər çox sevdim ki, dünyalar sanki mənimdir sanırdım. Tək bir dərdim səni görmədiyim günlər və saatlar idi. Yanımda olarkən özümü o qədər rahat, təhlükəsiz və ən əsası o qədər xoşbəxt hiss edirdim ki... Səninlə olan saatlar bitməsin istəyirdim. Hətta ən pis anımda  belə səni bir dəfə görməyim bütün problemlərimi unutdururdu mənə. Mənə olan baxışın, gülüşün alıb aparırdı məni uzaqlara, nağıllar dünyasına. Həmişə belə olacaq, heç vaxt ayrılmayacağıq deyə düşünürdüm...Bir vaxtlar hər kəs mənə sənin nə qədər yanlış bir seçim olmanı anlatsa da dinləmirdim heç kəsi, çünki sənə olan sevgim gözlərimi kor, qulaqlarımı da kar etmişdi, heç nəyi amma heç nəyi açıqlığı ilə görə, duya bilmirdim.  Və o lənət olası gün gəldi, sənin əslində necə biri olduğunu öyrəndiyim gün gəldi, digər insanların haqlı olduğu gün gəldi, və həmin gün sənin mənim üçün çox həm də çox yanlış olduğunu anladım. Düzdür bir az gec anladım, səni qəlbimə buraxdıqdan sonra anladım, amma yenə də bacardım. Özümdə səni siləcək güc tapmağı bacardım. Bunun üçün çox günlərim qurban getdi, məni boğan xatirələrlə, sənli gönlərimizlə, səsinlə çox vuruşdum çox göz yaşları axıtdım, amma sonunda bacardım.  Səni silə bilməyi necə bacardım? Bu sənin mənim sevgimə dəyər verməməyini anlamağım, yoxsa yaşım, ətrafım kömək oldu, bilmirəm, amma sildim. Daha yoxsan həyatımda, səninlə qarşılaşmamaq üçün əlimdən gələni edirəm. Amma qarşılaşdığımızda belə üzünə baxmaq istəmirəm, üzündə iyrənc bir ifadə görürəm, bir zamanlar baxmağa doya bilmədiyim üzündə indi o ifadəni görürəm. Həm qarşılaşsaq belə nə fərq edər, mən səni həyatımdan silmişəm, yollarda silmək heç qalar onun yanında. Sənə nifrət belə etmirəm, çünki səni nifrətimə belə layiq görmürəm. Amma özümü hələ də bağışlaya bilmirəm, bir zaman səni sevdiyimi görə. Həyatımın ən böyük səhvisən sən. Sənlə keçən günlərimə çox heyfim gəlir, o günləri düzgün biri ilə daha mənalı edə bilərdim, amma olan oldu, keçmişə qayıda bilmirəm. Keçmışə qayıda bilməsəm də bu gün həyatım daha gözəldir, çünki artıq orada sən yoxsan.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 3 237
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri