Adsız hislərimiz var bizim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 438
Səs ver:
(səs: 3)
Keçirtdiyin hissləri ifadə etmək çətin olur bəzən. Söz tapa bilməmək cümlələri bir birinə mənalı şəkildə bağlamamaq... Ya da saatlarla düşünüb, heç nə yaza bilmədiyin ağ vərəqə baxmaq.
 
Yağış, qar yağanda evdən çıxıb saatlarla gəzmək istədiyin halda, sadəcə pəncərədən baxmaq. Çox darıxdığında qürurunu bir daha sındırıb yenə O"na zəng edib, "nömrə işləmir" deyən operatorun eşitmək istəmədiyin səs tonunu eşitmək...
 
Nə istədiyini bilməmək, axtardığın nüansları ətrafında tapa bilməmək, hər gün üzünə gülüb səndən "Dost" kəliməsini qazanmağa çalışan, amma özünün "yaxşı"olması üçün səni pisləyən insanlarla eyni yerdə işləmək...
 
Hər ay maaşını almaq üçün bəlkədə səndən pislərdən asılı olmaq... Yaxşı olmağa çalışdıqca, səni heç tanımayan birilərinin əqidəsiz şərhlərini başqalarından eşitmək...Amma yenədə susmaq...Susmaq... "Susmaq qızıldır" kəliməsi ilə böyüdüyümüz üçün yenə danışmamaq... Yaxın insanlara arzuları söylədiyin zaman"qəh-qəhə" ilə sənin sözlərinə gülmələrindən cəmiyyətə yaranan nifrətin, qalbindəkiləri dostun olmadığı üçün heç kəsə paylaşa bilmədən gizlətməyin, nifrətini, illərdir bəslədiyin kini daxilində bir çiçək kimi böyütməyin....

Hər dinlədiyin musiqini öz yaşadıqlarına həsr etmətin, sanki bəstəkar sənə yazmış kimi düşünməyin....
Qəlbində o qədər ağrılı hisslər varki sanki şaxtalı havada dərindən nəfəs alsan onları məhv edə biləcəyini düşünmək...
 
Və bir gün öləcəyini düşünmək, ölümününn necə olacağının marağı, ilə yaşamaq...bir gün hər zaman aktiv olan nömrənə artıq heç zəng çatmayacaq...
"Və budur həyat,sən hələ zaman var deyə düşünürsən...Amma nələrçünsə indi hərəkətə keçməlisən.."
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 2 438
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri