Yenə o bağ olaydı...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 555
Səs ver:
(səs: 3)
Yene o bağ olaydı...Səni tez-tez görəydim...Qələmə söz verəydim..
...Var elə insanlar sevgisi ruhuna sığmaz, dayana bilməz əlləri, yazar-yaradar bu sevgidən, hər sətrində duyular yaşadığı eşqin nəfəsləri. Gözləri başqa baxar, qəlbinə hakim kəsilər sevgilər. Dünyaya gözəllikləri görmək üçün gəlmiş bir insan. Daha da artığı əllərində sehirli qələmi gözəllikləri özü yaratmaq üçün gələn biri.(Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham) Səpilmiş barmaqlarına sevgi tozları o zaman ki gözlərini açmış bu amansız həyata və o zamandan üzündən əskik olmamış gülüşlər.(Yazaydım səhər axşam) Görməyi unutmuş, hiss etmiş gördüyü bütün gözəlliklərin hamısını. O qədər dolu bir qısa həyat yaşamış ki, gedərkən "Ah, mən gündən-günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim” deməyi belə unutmamış.
Bəli, var elə insanlar görmədən ruhunu hiss etdirərək uzaqdan doğmalıq bəxş edirlər mənə. Hansı ki sətirlərində yaşadıqlarımın ən mükəmməl şəkildə ifadəsini tapıram. Mən bir az da Müşviq ruhluyam.(Sən varlığın eynisən, buna sözmü var?) O insan ki sətirləri misra-misra yadımda, kitabı sahib olduqlarımın ən dəyərlisi və olub ki, heç vaxt amma heç vaxt onu görmək şansım olmadığı üçün bədənimə hakim kəsilən bir məyusluq. Şeirlərindən daha artıq qəlbiylə birlikdə sevdiyim insan. Yazdığı misraların üzərində qurulmuş bir piano sanki sənin gözlərinin toxunuşlarını gözləyir dilə gəlmək üçün. Və o gedişini hiss edərkən içindəki sevgini çıxarıb səpməyə çalışmış vərəqlərə, (Anasız, babasız Ofeliya kimi, saçları dağınıq bir qızdır, eşqim), hər cümləsində dünyanın gözəlliklərini göstərən bir səs, sevgisinin həyəcanını boğa bilmədiyi bir nəfəs.
Xeyr, o nakam yaşamadı, o doya-doya yaşadı, o bu dünyada olan bütün zəriflikləri varlığıyla hiss etdi (Sənin gülüşlərin bir rüzgar kimi,əsərkən ruhumun gülü açılır), yaşada bildi cümlələrində, yazdı-yaratdı və özündən sonra ruhunu ruhunda hiss edə biləcək insanlar üçün böyük bir miras qoydu və dedi ki
Arzuya bax sevgilim tellərindən incəmi....Söylə ürəyincəmi..?
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 2 555
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri