Keçmiş dünya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 361
Səs ver:
(səs: 1)
Beynimdə dağılmış bütün vərəqlər, köhnələrə aid hansısa bir kağızı axtarırmış kimi bütün qovluqlar darmadağın. Unudulmuş təbrik kartları və fotoşəkillər. Bir anlıq sönür bütün işıqlar, qaranlıq otaqda köhnə bir videolentdə canlanır gəlib-keçmiş bütün xatirələr. Bu gün yazılan sətirlər bir-birinə qarışmış. Unudulub gedən və ya artıq xoş xatirəyə çevrilmiş arzular var bu qovluqlarda. Zamanın dəyişmiş tələbləriylə atılıb qalmış bir küncdə və ya anlamış öz gerçəklikdən uzaq varlığını. Saralmış vərəqlərin üstündə bir neçə fotoşəkil qarışmış keçmişin tozlu səhifəsinə. Və bir də həyata keçən arzular qovluğunda uzaqlaşmış arzu olmaqdan yazılmışlar. Necə də qəribə? Bir zamanlar beynimin ən çox qaynayan hissəsinə hakim olmuş düşüncələr bu gün uzaqlarda əlçatmaz və unudulmuş bir guşədə köhnəliklər içərisində silinib getməyi gözləyir. Şəkillər belə çox qarışıq, keçmişdən gələcəyə gedən deyil də, gələcəkdən keçmişə gedən bir yol kimi. Qəribədir elə deyil, universitet illərindən sonra saçları hörüklü məktəb çantasında?Dəyişmiş şəkillərin rəngi zamanla birlikdə, amma bütün şəkillərdə payız ən sevdiyim. İnsanlar ruhlarıyla birlikdə doğulurmuş, hə mən bir az payız ruhluyam, bir az da nəfəslərimdə yağış. Bir-bir topladıqca beynimin künclərindən vərəqləri unudulmuşlar və itirilmişlər başlıqlı yazılar tapıram. İtirilmişlərin içində akkordları pozulmuş bir piano, bir o qədər də köhnəlmiş, möhtəşəliyini itirmiş. Toxunduqca pianonun ağ-qara dillərinə içində canlanan yeni bir dünya. Notların içində itib-batmış yaşanmışlar, musiqilərin içində üşümüş-titrəmiş, çıxa bilməmiş və ordaca unudulub qalmış insanlar. Hisslərimin üzünə beynimin bərk-bərk bağladığı qapılar, sıxılıb qalmış, tökə bilməmiş içindəkiləri. Deməkdən çəkindiyim, heç vaxt deyə bilmədiyim, amma ən çox demək istədiklərim yığılıb qalmış ordaca. Məsələn, sevdiklərimi doyunca qucaqlaya bilmədiyim üçün bıçaq kimi varlığıma batan bir hiss. Amma tək bir toxunuşla süzülüb axan göz yaşları kimi, o qədər zərif və həssas. Unutmuş bütün cismi təmasları və vermiş bütün sevgisini hisslərinə. Bu gün beynim ruhumla dost olmuş sanki. Beynim ondan oğurladıqlarını açıb göstərmiş, ruhum bütün tozlarını yenidən səpmiş bu vərəqlərə. Bir az keçmiş qoxulu bu gün yaşadıqlarım. Və günlər keçdikcə beynim o qədər parçalanır ki, artıq xatirələri və arzuları ayırd etmək çətin gəlir. Silinib atıla bilmir yaşanmışlar və yazılmışlar. Hər birində bir parça mən və bir az da sevdiklərim...
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 361
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri