Nifrətim sənə...

Şərhlər: 7
Baxılıb: 3 430
Səs ver:
(səs: 0)
Xatırla o keçən günlərimizi. Səni nə çox sevdiyimi. O zaman sevmirdin məni, çünki başqasını sevirdin. İndi nəyə görə mənə yalvarıb qarşımda diz çökürsən. İndi isə sənə verə biləcəyim bir sevgim yoxdur çünki sənə nifrət edirəm.
Nifrət edirəm sənin o yalançı gözlərinə, o şeytan ruhlu gözlərinə nifrət edirəm. Məgər o gözlərin deyilmiydi ki, məni bu günə salan, məni yandırıb yaxan! O deyilmi sənə nifrət etdirən.

Kaş ki sevməyəydim sənin o yalançı gözlərini. Kaş ki toxunmayaydım o incə əllərinə. Kaşki aldanmayaydım sənin o yalançı sözlərinə. Yazıqlar olsun mənim bu halıma.
Bu gecə yenə gizlicə yuxuma girərək məni bərk qucaqla, öp, yaxşıca iynə, son dəfə üsyan et və sonra çıx get lənətlənmiş həyatımdan.
Mən ki sənin üçün dünyaları yandıracaqdım, sən isə məni yandırdın! Nifrətimsən mənim.

Üzümə nifrətini bildirmək, əsil niyyətini qəlbində gizlədərək üzümə gülməyindən daha yaxşı əməldir.
İnsanlar, qorxduqları, qibtə və həsəd apardıqları şeylərə nifrət edərlər.
Bir gün məni adam yerinə qoyarsansa ilk öncə gülümsək gülüşlərinlə an adımı. Məni sevən yalnız bir uşaqdır. Bir gün səni nə çox sevdiyimi öyrənməmiş sevib sevilməməyin acısını yaşama.
Çıxartsaq səni satışa sənə bir qəpik verən olsa ona lənət olsun!
O gözəl saçların bir-bir tökülsün, o gün olsun sənin boynun quruyaraq bükülsün. Məzarın ilan əqrəblə bol olduğu yerdə qazılsın. Allah səni yandırsın məni yandırıb yaxdığın üçün.

Lənət olsun sənə, lənət olsun o gözəlliyinə, lənət olsun mənə, lənət olsun mənim yazıq qəlbimə lənət olsun.
Sən indi xarabalıqlarda olan qara bir quşsan. Elə isə qal öz xarabalığında!
Duaların qəbul olmasın. Gözündən yaş əksik olmasın. Cənnətdən qovulan tək qul olasan məni yandırıb yaxdığın üçün.
Allah sənə elə bir cəza versin ki, mənim səni sevdiyim qədər, sən də bir başqasını sev və bir başqası mənim səni sevdiyim qədər sənə nifrət etsin!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 430
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri