Yenə darıxıram sənsiz

Müəllif: Catwoman666
Şərhlər:
Baxılıb: 901
Paylaş:
Səs ver:
(səs: 3)
Yenə deyəndəki guya ağlımdan heç çıxırsan ki??? Hər adını eşidəndə necə olduğumu bir mən bilirəm bir yaradan...
Elə bilirsən ki, son danışığımızdan sora sənə nifrət edirəm??? Yox. Nifrətdən yaranan bir sevgi idi mənimkisi. İndi isə sevgidən yaranan nifrət oldu. ama bu nifrət sayılmaz çünki səni hər gördüyümdə xəyala dalıram yenə. Yenidən "Bəlkə" deyirəm. "Bəlkə də nə vaxtsa" deyirəm. Amma nə fayda. Mən xəyal qururam ağlım "Buralarda ol" deyir. Ürəyim, ağlım və qürurum dava edirlər içimdə. Sanki mən onların arasında eləcə donub qalmışam.
Ürəyim deyir: "Hələ də onu sevirəm. Bəlkə də o da indi mənim kimi əzab çəkir, Bəlkə o da məni fikirləşir..."
Qürurum susdurur ürəyimi: "Fərqi yoxdur o səni sevir, ya sevmir. İndi öz işindədi. Heç səni fikirləşmir. O təzədən qayıdıb sənə gəlsədə sən onu rədd edəcəksən. Çünki qisas hər şeydən öndədi."
Ağlım ikisindən də sərt olur: "Sevgi dediyiniz şey budu??? Səni sevməyən birini fikirləşmək??? İnsanın bir qram ağlı olsa sevməz. Heç kimə könül verməz. Çünki sevgi boş şeydi. Hami "Sevirəm" deyə bilər. Amma çoxu bu sözün anlamını başa düşməz."

Mən kimə inanmalıyam səncə??? Hansına qulaq asmalıyam???
Çox düşünmüşəm bu sual barədə. Qərarımı da vermişəm. Ağlım doğrusunu deyir. Bilirsən nəyə görə???
Çünki əslındə əsl sevgi deyilən bir şey yoxdur. Qarşılıqsız sevgi var, özdə çox, lap çox. Artıq o vəziyyətə düşmüşəm ki, küçədə iki sevgili görəndə fikirləşirəm ki görəsən hansı sevir???
Ürəyimdən çıxmırsan. Ağlımdan çıxmırsan. Yadımdan çıxmırsan. Əsl sevgi budur bax. Əsl sevgi səninki kimi deyildi.
Sən heç sevmədin ki məni. Amma "Sevirəm" dedin. Niyə məni aldatdın??? "Sevmirəm" deyərdin heç olmasa. Yenə də bilərdim ki, doğrusunu deyir. Amma sən gözümün içənə baxa-baxa "Səni sevirəm" dedin. Özü də yalan olduğunu bilə-bilə. Nə fayda???
Gecələr. Sakitlik. Qəmli musiqilər. Və ağlımda sən...
Dəyişmək olmur bu həqiqəti. Hələ də səni sevirəm. Biraz ürəyimin biraz da ağlımızn sözünə qulaq asıram. Bir gün məndən "Hələ də məni sevirsənmi???" deyə soruşsan. "Yox" deyərəm. Çünki qürurum da yenə öz işindədi.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 901
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv