Deyirlər ilk məhəbbət unudulmur...

Şərhlər: 11
Baxılıb: 4 013
Səs ver:
(səs: 6)
Deyirlər ilk məhəbbət unudulmur... Mən hər gün yada salıram, nifrətlə! Mənim ilk sevgim qrup yoldaşım olub, çox inanırdım ona, "anamın gəlini" deyirdi mənə. Hər kəs bizə həsədlə baxırdı. Və bir gün əsgər getdi. Hər gün agladım, yolunu səbrsizliklə gözləyirdim. Dostlarım da çox idi. Amma bir rəfiqəm var idi ki, ona bütün sirrimi deyirdim, ürəyimi ancaq ona boşaldırdım. Sevdiyim oğlanla da dost idilər. Bir- birinə bacı -qardaş deyirdilər.

Əsgərlikdən qayıtdı və hər şey dəyişdi. Gəlib görmədi məni, dedim yəqin işsizdir, pulu yoxdur, uzaq yolu gələ bilmir. Mən zeng etdim, amma həmən insan deyildi, dəyişmişdi. Bir müddət belə keçdi. Artıq dözə bilmirdim, qürurumdan hec nə soruşmurdum. Yavaş-yavaş əlaqəni kəsdi və bir neçə aydan sonra hec nə olmamış kimi zəng etdi, sadəcə dost kimi. Səsini eşitdiyimdə keçirdiyim həyəcanı indi də xatırlayıram. Nə isə bir gün biri mənə zəng etdi ki, rəfiqənin nişanıdı, sevdiyin oğlanla... Dünya başıma yıxıldı, axı ola bilməz, mənimlə zarafat edirlər. Amma sonra rəfiqəm özü mənə böyük bir sms yazmışdı. Hər şeyi etiraf edirdi və məndən yenə də dost qalmağımızı istəyirdi, üçümüzün də...

Sizcə buna dözmək olar? Yox, mən o qədər də güclü deyiləm. Heç birinə cavab yazmadım. Özümü təhqir olunmuş hiss edirdim. Nə isə, artıq ailəliyəm, gözəl balalarım, çox sevdiyim həyat yoldaşım, evim, sakit həyatım var. Xoşbəxtəm! Amma hər gün Allaha yalvarıram ki, heç olmasa bu dünyadan köçməmiş bircə dəfə onları görüm, ikisinin də gözlərinə baxım. Hər gün nifrətlə xatırladığım onları görmək istəyirəm. Özümlə bacara bilmirəm, illər keçib, amma yadımdan çıxmırlar. Elə düşünürəm ki, ölənə qədər nifrətlə xatırlayacağam...
(səs: 6)
Şərhlər: 11
Baxılıb: 4 013
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri